Bakıda Şərqi Avropa və Mərkəzi Asiyanın milli standartlaşdırma orqanlarının icraçı direktorlarının forumu işə başlamışdır

 

İyunun 18-də Bakıda Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) və Azərbaycan Respublikasının Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Şərqi Avropa və Mərkəzi Asiyanın milli standartlaşdırma orqanlarının icraçı direktorlarının forumu işə başlamışdır.

Tədbirdə Azərbaycan, Xorvatiya, Belarus, Albaniya, Latviya, Litva, Qazaxıstan, Gürcüstanbaşqa ölkələrin texniki tənzimləmə və standartlaşdırma sahəsi üzrə milli orqanlarının rəhbər şəxsləri iştirak edirlər.

Forumun açılışında Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov və Beynəlxalq Standartlaşdırma Təşkilatının baş katibi Rob Stil çıxış edərək forumun əhəmiyyətindən, əməkdaşlıq əlaqələrindən danışmışlar.

R.Həsənov bildirmişdir ki, tədbirin məqsədi Şərqi Avropa və Mərkəzi Asiya ölkələrində texniki tənzimləmə, standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahələrinin beynəlxalq tələblər səviyyəsində inkişafını öyrənmək, keyfiyyət infrastrukturunun yaradılması və inkişafı istiqamətində milli standartlaşdırma qurumlarının rolunu vurğulamaqdır. 12 ölkənin nümayəndəsinin iştirak etdiyi tədbirdə standartların qəbulu və müəssisələrdə tətbiqi məsələsi ilə bağlı təcrübə mübadiləsi aparılacaqdır.

İSO-nun baş katibi Rob Stil diqqətə çatdırmışdır ki, tədbirdə standartlaşdırma sisteminin regionda inkişaf etdirilməsinin yolları araşdırılacaqdır. O vurğulamışdır ki, Azərbaycanda neft-qaztikinti sektorunun Avropa standartlarına uyğunlaşdırılması sahəsində mühüm işlər görülmüşdür. Bu proses davam etməlidir. Bu da davamlı iqtisadiyyatın yaradılmasına şərait yaradacaqdır.Tədbir iyunun 20-də başa çatacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 19 iyun.- S. 2.