Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 15 noyabr tarixli 246-IVQD nömrəli Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

"Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 15 aprel tarixli 122 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 4, maddə 231; 2000, ¹ 3, I kitab, maddə 159; 2008, ¹ 7, maddə 611, ¹ 8, maddə 719, ¹ 10, maddə 896; 2009, ¹ 2, maddə 71, ¹ 12, maddələr 977, 987; 2011, ¹ 7, maddə 633) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. üçüncü bəndində "212-ci maddəsinin birinciikinci hissələrində, 215-ci maddəsinin on birinci abzasında" sözləri "212-ci maddəsinin birinci hissəsində və ikinci hissəsində (yeddinci abzas istisna olmaqla)" sözləri ilə əvəz edilsin;

2. aşağıdakı məzmunda dördüncü bənd əlavə edilsindördüncü - on üçüncü bəndlər müvafiq olaraq beşinci - on dördüncü bəndlər hesab edilsin:

"həmin məcəllənin 212-ci maddəsinin ikinci hissəsinin yeddinci abzasında və 215-ci maddəsinin on birinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanı"nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi həyata keçirir;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 1.