Azərbaycanın BMT yanında daimi nümayəndəsi təşkilatın baş katibinə növbəti məktub göndərmişdir

 

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Aqşin Mehdiyev təşkilatın baş katibi Pan Gi Muna azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqları ilə bağlı vəziyyət və bu hüquqların pozulmasına görə Ermənistanın məsuliyyət daşıması barədə məktub göndərmişdir. Bu məlumat BMT-nin rəsmi saytında yerləşdirilmişdir.

Məktubda Azərbaycan vətəndaşlarının Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olan ərazilərindən - Dağlıq Qarabağdanona bitişik rayonlardan məcburi qovulması nəticəsində onların hüquqlarının pozulması faktları vurğulanır.

Məktubda həmçinin azərbaycanlı daxili köçkünlərə münasibətdə ayrı-seçkiliyə yol verilməməsi prinsipinin pozulmasına görə, o cümlədən Azərbaycanın işğal altında olan ərazilərində etnik  ermənilərin məskunlaşdırılmasına görə Ermənistanın məsuliyyəti qeyd edilir.

A.Mehdiyevin məktubunda azərbaycanlı məcburi köçkünlərin işğal altında olan ərazilərdə öz mülkiyyətlərindən istifadə etmələrinə Ermənistan tərəfindən maneə törədilməsinə diqqət cəlb edilir. Məktuba əlavədə azərbaycanlı məcburi köçkünlərin Azərbaycan Respublikasının beynəlxalq miqyasda tanınmış ərazisində yerləşən öz evlərinə qayıtmaq hüququ barədə bənd vardır. Bundan əlavə, məktubda azərbaycanlı məcburi köçkünlərin hüquqlarının pozulmasının nəticələri, o cümlədən restitusiyakompensasiya barədə danışılır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 2.