“Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli
Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan
Respublikası Prezidentinin Fərmanı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini
rəhbər tutaraq, "Rəsmi statistika haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi
barədə" Azərbaycan Respublikasının 2011-ci il 15
noyabr tarixli 246-IVQD nömrəli Qanununun tətbiqini təmin
etmək məqsədi ilə qərara alıram:
"Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli 115 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, ¹ 6, maddə 427; 2010, ¹ 4, maddə 290; 2011, ¹ 2, maddə 85) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə"nin 9.6-cı bəndindən "(ətraf mühitin mühafizəsi sahəsində və əməyin mühafizəsi üzrə rəsmi statistikanın aparılması qaydaları istisna olmaqla)" sözləri çıxarılsın.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
19 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 20 iyun.- S. 2.