2012-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyiİtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında Protokolun təsdiq edilməsi haqqında

 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

 

1. 2012-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyiİtaliya Respublikasının Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında Protokol" təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə İtaliya Respublikası tərəfini xəbərdar etsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 2.