“Azərbaycan Respublikası və
Ukrayna arasında 2011-ci il
yanvarın 26-da Davos şəhərində
imzalanmış sənədlər haqqında” Azərbaycan Respublikası Prezidentinin
2011-ci il 20 aprel tarixli 415 nömrəli Fərmanında dəyişikliklər
edilməsi barədə
Azərbaycan Respublikası
Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
"Azərbaycan Respublikası və Ukrayna arasında 2011-ci il yanvarın 26-da Davos şəhərində imzalanmış sənədlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 415 nömrəli fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 4, maddə 284) adında və 1-ci hissəsində "26-da" sözləri "28-də" sözləri ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
19 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 20 iyun.- S. 2.