ABŞ, RusiyaFransa prezidentləri birgə bəyanatda Ermənistan və Azərbaycan liderlərini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vacib qərarlar qəbul etməyə çağırmışlar

 

"Böyük iyirmiliy"in (G-20)  Meksikanın Los-Kabos şəhərində keçirilən zirvə toplantısında ABŞ Prezidenti Barak Obama, Rusiya Prezidenti Vladimir PutinFransa Prezidenti Fransua Olland Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış etmişlər. Bu barədə xəbəri Evin mətbuat xidməti yaymışdır.

İyunun 18-də qəbul etdikləri bəyanatda ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin başçıları bildirmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsinə sadiq qalırlar. Onlar münaqişə tərəflərinə müraciət edərək uzunmüddətli və dinc nizamlama yolunun əldə edilməsi üçün vacib qərarların qəbul edilməsini gecikdirməməyə çağırmışlar.

Barak Obama, Vladimir PutinFransua Olland təəssüflə qeyd etmişlər ki, "Böyük səkkizliy"in ötən ilin mayında Fransadakı zirvə toplantısında prezidentlərin birgə bəyanatında səsləndirilən təkliflərlə bağlı münaqişə tərəfləri qəti addımlar atmamışlar. Buna baxmayaraq, hərtərəfli sülh üzrə işi başa çatdırmaq üçün indiyədək əldə edilən irəliləyiş münasib məqam yarada bilər.

Bəyanatın müəllifləri Ermənistan və Azərbaycan liderlərini 2012-ci ilin yanvarında Soçidə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Əsas Prinsiplər üzrə razılığa gəlməyi sürətləndirmək haqda üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağırmışlar.

Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin birgə bəyanatında vurğulanmışdır ki, siyasi iradənin nümayişi kimi, tərəflər danışıqlardakı maksimalist mövqelərindən geri çəkilməli, 1994-cü ildə əldə edilmiş atəşkəs razılaşmasına hörmətlə yanaşmalı, gərginliyi artıran ritorikadan istifadə etməməlidirlər. Prezidentlər münaqişənin həllində tərəfləri Helsinki Yekun Aktının prinsipləri, xüsusilə də güc tətbiqindən çəkinmə, ərazi bütövlüyü, bərabər hüquqlaröz müqəddəratını təyinetmə hüquqlarına, eləcə də Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin 2009-cu il L'Akuila və 2012-ci il Muskoka bəyanatlarında əks etdirilən nizamasalma elementlərinə əsaslanmağı məsləhət görmüşlər. "Hərbi qüvvənin münaqişəni həll etməyəcəyini və bölgədə insanların əzablarını və çətinliklərini daha da artıracağ"ını hesab edən ABŞ, RusiyaFransa prezidentlərinin fikrincə, bölgəni status-kvodan çıxararaq təhlükəsiz və rifahlı gələcəyə yalnız danışıqlar yolu ilə əldə edilən sülh apara bilər.

Birgə bəyanatın sonunda bildirilmişdir ki, ABŞ, RusiyaFransa münaqişə tərəfləri ilə birgə işi davam etdirməklə onları Minsk qrupunun həmsədrlərinin vasitəçiliyindən tam yararlanmağa çağırırlar. Bununla yanaşı, nəticə etibarı ilə, sülh münaqişə tərəflərinin nümayiş etdirəcəyi qarşılıqlı anlaşmadansülhün bütün insanlara və gələcək nəsillərə gətirəcəyi faydanı anlamalarından asılı olacaqdır.

 

 

Şəfəq AKİFQIZI

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 2.