Türkiyənin Hüryurd qəzeti: Azərbaycanın bayrağı ən yaxın zamanda Qarabağda dalğalanacaqdır

 

Azərbaycanın bayrağı ən yaxın zamanda Qarabağda dalğalanacaqdır. AzərTAc xəbər verir ki, bu sözləri Türkiyənin "Haqq və Bərabərlik" Partiyasının idarə heyətinin üzvü Bora İzkubarlas Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 94-cü ildönümü münasibətilə "Hüryurd" qəzetində yayımladığı məqalədə demişdir.

Məqalənin müəllifi yazır: "Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 94-cü ildönümü münasibətilə təşkil edilən rəsmi qəbul möhtəşəm idi. AXC müsəlman Şərqinin ilk demokratik dünyəvi respublikası olmağı baxımından böyük əhəmiyyət kəsb edir. 1918-ci ildə Azərbaycanın paytaxtı olan Gəncədə Azərbaycan türklərinin milli iradəsinin göstəricisi olaraq dalğalanan bayraq illər keçdikdən sonra paytaxt Bakıda və digər şəhərlərdə dalğalanmışdır. İnşallah, Azərbaycan bayrağı ən yaxın zamanda Qarabağda dalğalanacaqdır". Yazıda vurğulanır ki, Azərbaycanın "Eurovision-2012"ni yüksək səviyyədə təşkil etməsi, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi kimi uğurlar da təqdirəlayiqdir.

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 2.