Bakıda Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir

 

 İyunun 19-da "Hilton-Baku" otelində Azərbaycan-Rusiya biznes forumu keçirilmişdir. İqtisadi İnkişaf Nazirliyinin dəstəyi ilə keçirilən tədbir Azərbaycanda İxracın İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən təşkil edilmişdir.

AzərTAc xəbər verir ki, azərbaycanlı rusiyalı sahibkarların işgüzar görüşü Rusiya Federasiyası Kabarda-Balkar Respublikası Baş nazirinin müavini Kazım Uyanayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində keçirilmişdir.

Forumu giriş sözü ilə açan Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verərək demişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilmiş, sahibkarlıq fəaliyyəti genişlənmiş, əlverişli biznes investisiya mühiti yaradılmışdır. Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi imkanlarını daha da artırmış, Azərbaycan investisiya ixrac edən ölkəyə çevrilmişdir.

Niyazi Səfərov qeyd etmişdir ki, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin 2011-ci ilin noyabr ayında Rusiya Federasiyasının Şimali Qafqaz regionunda  (Dağıstan, Çeçenistan, İnquşetiya s.) investisiya imkanlarının araşdırması məqsədi ilə səfərdə olmuşdur. Bu gün keçirilən biznes forum da Azərbaycan Rusiya Federasiyasının regionları arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün atılan növbəti addımdır.

Kabarda-Balkar Respublikası Baş nazirinin müavini Kazım Uyanayev təmsil etdiyi bölgənin Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu demişdir iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi Kabarda-Balkar Respublikasına investisiya qoyuluşu imkanları barədə məlumat vermişdir.

Sonra Azərbaycan Kabarda-Balkar iqtisadiyyatı, biznes investisiya imkanları barədə təqdimatlar keçirilmişdir. Tədbir adamları arasında ikitərəfli görüşlərlə davam etmişdir. Görüşlərdə işgüzar əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.

Forumda sanatoriya-kurort, sənaye, metallurgiya, müxtəlif avadanlıqlar, rentgen aparatları istehsalı sahələrində digər sektorlarda çalışan sahibkarlar iştirak etmişlər.

İyunun 21-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti bir sıra rəsmi görüşlər keçirəcək, Azərbaycanın sənaye müəssisələri ilə tanış olacaqdır.

 

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 4.