Hesablama Palatasının kollegiya iclası keçirilmişdir

 

Hesablama Palatasının növbəti kollegiya iclası keçirilmişdir.

Palatadan AzərTAc-a bildirmişlər ki, iclasda "Zərdab Rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı" bölməsindən və dövlət büdcəsinin ehtiyat fondlarından ayrılan vəsaitlərin proqnozlaşdırılması və istifadəsinə dair", Azərbaycan MeliorasiyaSu Təsərrüfatı ASC-nin Ucar Suvarma sistemləri İdarəsinə və Ucar Meliorasiya İdarəsinə dövlət büdcəsinin "Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi" bölməsi üzrə "Meliorasiya tədbirləri" paraqrafından ayrılan vəsaitlərin  proqnozlaşdırılması və istifadəsinin auditinə dair" və "Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan və əsaslı vəsait  qoyuluşundan Sabirabad Rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadənin auditinə dair" tərtib edilmiş hesabat və rəylər təsdiq edilmiş, iclasın qərarları barədə Milli Məclisə müvafiq məlumatların təqdim olunması qərara alınmışdır.

İclasda, həmçinin "Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Tərtər Rayon İcra Hakimiyyətinə "Bayandur-Poladlı" avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin auditi üzrə Audit proqramı", "Dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan Füzuli  Rayon İcra Hakimiyyətinə "Əhmədbəyli-Alxanlı-Zobucuq" avtomobil yolunun tikintisinə ayrılan vəsaitlərdən istifadənin auditi üzrə Audit proqramı" və "Dövlət büdcəsinin  "Təhsil" bölməsi üzrə mərkəzləşdirilmiş xərclərindən Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinə  ayrılan büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının auditi üzrə Audit proqramı" da  təsdiq edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 4.