İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Əsasnaməsi təsdiq edilməsi üçün hökumətə təqdim olunmuşdur

 

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Əsasnaməsi artıq işlənib hazırlanmış və təsdiq edilməsi üçün hökumətə təqdim olunmuşdur.

AzərTAc xəbər verir ki, bu sözləri rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iyunun 19-da jurnalistlərə açıqlamasında demişdir.

Ə.Abbasovun sözlərinə görə, hazırlanmış stimullaşdırıcı təkliflər paketinə gömrükvergi siyasətində mühitin yaxşılaşdırılması, yerli şirkətlərə güzəştli şərtlərlə kredit verilməsi, İKT sahəsində elm və təhsilin inkişafı və s. daxildir. Bütün bunlar qəbul olunduqdan sonra sözügedən sahədə əlverişli mühit yaranacaqdır.

 

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 4.