Brüsseldə Avropa İttifaqı ilə Azərbaycan arasında növbəti siyasi dialoq görüşü keçirilmişdir

 

 Azərbaycan Respublikasının Avropa İttifaqı yanında nümayəndəliyindən bildirmişlər ki,  iyunun 18-də Brüsseldə Avropa İttifaqının Siyasi və təhlükəsizlik komitəsi səviyyəsində Azərbaycan ilə növbəti siyasi dialoq görüşü keçirilmişdir. İclasda Azərbaycanı Avropa İttifaqı yanında nümayəndə, səfir Emin Eyyubov təmsil etmişdir. Avropa İttifaqını isə Siyasi və təhlükəsizlik komitəsinin sədri, səfir Olof SkuqAİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort təmsil etmişlər.

O.Skuq Azərbaycanın qlobalregional miqyasda böyük əhəmiyyətə malik olduğunu, Aİ-nin Azərbaycanı strateji tərəfdaş hesab etdiyini bildirmişdir. Aİ üzvü olan ölkələrin Azərbaycan ilə tərəfdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğu diqqətə çatdırılmışdır.

Səfir Emin Eyyubov Aİ nümayəndələrinə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesi haqqında geniş məlumat vermiş, problemin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət əsasında həllinin və bu prosesdə Aİ-nin qəti mövqedən çıxış etməsinin vacibliyini vurğulamışdır.

F.Lefort Aİ-nin münaqişənin həlli ilə bağlı Azərbaycanın narahatlığını paylaşdığını və nizamlanma prosesinə töhfə verməyə hazır olduğunu bildirmişdir.

İclas çərçivəsində səfir Emin Eyyubov Azərbaycanda aparılan siyasisosial-iqtisadi islahatlar haqqında məlumat vermiş, Aİ-Azərbaycan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunmuşdur.

Rəsmi iclasla yanaşı, Cənubi Qafqazın digər ölkələrinin nümayəndələrinin iştirakı ilə birgə işçi nahar təşkil edilmişdir. Naharda regional proseslər, terrorla mübarizə və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

 

 

Vüqar SEYİDOV

 

Azərbaycan.- 2012.- 20 iyun.- S. 7.