Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi haqqında

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının Gəncə şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Nətavan qəsəbəsi Natəvan qəsəbəsi adlandırılsın və Nətavan qəsəbə inzibati ərazi dairəsi Natəvan qəsəbə inzibati ərazi dairəsi hesab edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 21 iyun.- S. 5.