Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

 

 Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsini "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 224-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

 

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹1, maddə 17,  ¹ 5, maddə 323; 2002, ¹ 5, maddə 236; 2003,  ¹ 1, maddələr 23, 24, ¹ 6, maddə 279; 2004, ¹ 7, maddə 505, ¹ 8, maddə 598, ¹ 10, maddə 761; 2005, ¹ 4, maddələr 277, 278; 2006, ¹ 2, maddə 64, ¹ 12, maddə 1006; 2007,  ¹ 1, maddələr 3, 4, ¹ 2, maddə 68, ¹ 5, maddə 439, ¹ 6, maddə 560, ¹ 7, maddə 712, ¹ 8, maddə 756; 2008, ¹ 6, maddə 462, ¹ 7, maddə 602, ¹ 12, maddə 1046; 2009, ¹ 6, maddə 402; 2010, ¹ 2, maddə 75, ¹ 4, maddə 276; 2011, ¹ 6, maddələr 471, 476, ¹ 7, maddələr 583, 619, ¹ 12, maddələr 1096, 1105) aşağıdakı dəyişikliklər edilsin:

1. 36-cı fəslin adında, 335.1-ci, 335.2-ci və 336.1-ci maddələrdə, 337.1-ci maddənin birinci cümləsində, 338.2-ci maddədə, 338-1-ci maddənin adında və mətnində "məcburi" sözü "qeyri-könüllü" sözləri ilə əvəz edilsin.

2. 338-1-ci  maddədə "müəssisəsinin müdiriyyətinin" sözlərindən sonra "müalicənin başlandığı gündən hər altı aydan bir qaldırılan" sözləri əlavə edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 21 iyun.- S. 5.