“Gəncə şəhərinin
Kəpəz rayonunun Nətavan qəsəbəsinin
adının dəyişdirilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 22 may tarixli
361-IVQ nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası
Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər
tutaraq, "Gəncə şəhərinin Kəpəz
rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi
haqqında" Azərbaycan Respublikasının 2012-ci il 22 may
tarixli 361-IVQ nömrəli Qanununun qüvvəyə minməsi
ilə əlaqədar həmin qanunun tətbiqini təmin etmək
məqsədi ilə qərara alıram:
1. Azərbaycan
Respublikasının Nazirlər Kabineti:
1.1.
üç ay müddətində Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin
aktlarının "Gəncə şəhərinin Kəpəz
rayonunun Nətavan qəsəbəsinin adının dəyişdirilməsi
haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini
hazırlasın və Azərbaycan Respublikasının
Prezidentinə təqdim etsin;
1.2.
üç ay müddətində Azərbaycan Respublikası
Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin
qanuna uyğunlaşdırılmasını təmin etsin və
bu barədə Azərbaycan Respublikasının Prezidentinə
məlumat versin;
1.3.
mərkəzi icra hakimiyyəti orqanlarının normativ
hüquqi aktlarının həmin qanuna
uyğunlaşdırılmasını nəzarətdə
saxlasın və bunun icrası barədə beş ay müddətində
Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
1.4.
həmin qanundan irəli gələn digər məsələləri
həll etsin.
2. Azərbaycan
Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının və normativ xarakterli aktların "Gəncə
şəhərinin Kəpəz rayonunun Nətavan qəsəbəsinin
adının dəyişdirilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin etsin və bu
barədə Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 19 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 21 iyun.- S. 5.