2012-ci il aprelin 12-də Bakı
şəhərində imzalanmış “Azərbaycan
Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq
haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. 2012-ci il aprelin 12-də Bakı şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və San Marino Respublikası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Saziş" təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi bu fərmanın 1-ci hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi həmin sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə San Marino Respublikası Hökumətini xəbərdar etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 21 iyun.- S. 5.