Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərar
¹ 132 Bakı şəhəri,
20 iyun 2012-ci il
"Ekspertiza işlərinə
cəlb edilən ştatdankənar ekspertlərin
əməyinin ödənilməsi
haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin 1999-cu il 16 iyun tarixli 99 nömrəli qərarında dəyişiklik
edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının
119-cu maddəsinin səkkizinci
abzasına əsasən,
Azərbaycan Respublikasının
Prezidenti yanında
Ali Attestasiya Komissiyasının
Azərbaycan Respublikasının
Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə
alaraq Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
"Ekspertiza işlərinə
cəlb edilən ştatdankənar ekspertlərin
əməyinin ödənilməsi
haqqında" Azərbaycan
Respublikası Nazirlər
Kabinetinin
1999-cu il 16 iyun tarixli 99 nömrəli qərarının (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 1999, ¹6, maddə
378) 1-ci hissəsində mötərizədəki
"mütəxəssis, aparıcı
mütəxəssis və
ya baş mütəxəssisinin" sözləri
müvafiq olaraq "məsləhətçi, aparıcı
məsləhətçi və
ya baş məsləhətçisinin" sözləri ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının Baş
naziri
Azərbaycan.- 2012.- 21 iyun.- S. 7.