Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında Azərbaycan Respublikasının 2012-ci il 12 iyun tarixli 376 IVKQ nömrəli Konstitusiya Qanununun tətbiqi barədə

 

 Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:

 

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin konstitusiya qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin konstitusiya qanununa uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. həmin konstitusiya qanununun 10.2.2-ci maddəsində nəzərdə tutulmuş təmsilçilik xərclərinin istifadəsinə dair illik hesabat formasının nümunəsini üç ay müddətində təsdiq etsinbu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.5. həmin konstitusiya qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa uyğunlaşdırılmasını təmin etsinbu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

3. Müəyyən edilsin ki:

3.1. "Azərbaycan Respublikasının keçmiş Prezidentininonun ailə üzvlərinin təminatı haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.1.1-ci maddəsində göstərilən şəxslər və 10.1.2-ci maddəsində nəzərdə tutulan nəqliyyat vasitəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən ayrılır;

3.2. həmin konstitusiya qanununun 10.2.2-ci maddəsində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi nəzərdə tutulur.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 21 iyun.- S. 8.