Bakıda “Heydər Əliyev-qurtuluşdan tərəqqiyə” adlı möhtəşəm konsert
proqramı təqdim edilmişdir
İyunun 20-də Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin təşkilatçılığı ilə metronun "Koroğlu" stansiyasının qarşısındakı musiqili "Alov-Fəvvarə" kompleksində "Heydər Əliyev - qurtuluşdan tərəqqiyə" adlı möhtəşəm konsert proqramı təqdim edilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli Əhmədov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov çıxış edərək 15 İyun- Milli Qurtuluş Gününün tarixindən, xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələn ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycanın inkişafı naminə gördüyü böyük işlərdən söz açmışlar.
Bildirilmişdir ki, ölkəmizdə yüksək səviyyədə təşkil edilmiş "Eurovision-2012" mahnı müsabiqəsi bütün dünyada böyük əks-səda doğurmuş və təmsilçi ölkələrin musiqiçiləri bu gün də dünya mətbuatında Azərbaycanla bağlı çox xoş, unudulmaz xatirələrini bölüşürlər. Bütün bunlar hər birimiz üçün qürurvericidir.
Sonra möhtəşəm konsert
proqramına start verilmişdir.
Gecədə "Eurovision-2011" mahnı müsabiqəsinin qalibləri
Eldar Qasımov və Nigar Camal,
Azərbaycanın builki
müsabiqədə təmsilçisi
Səbinə Babayeva,
2010-cu ildə ölkəmizi
yarışmada təmsil
etmiş Səfurə
Əlizadə, eləcə
də digər tanınmış və gənc musiqiçilər
çıxış etmişlər.
Rumıniyanı "Eurovision-2012" mahnı müsabiqəsində təmsil etmiş məşhur "Mandinga" qrupunun səhnəyə çıxması isə konsertə yeni çalar qatmışdır. Qrupun ifası tamaşaçıların alqışları ilə qarşılanmışdır.
"Mandinga" qrupu 7 nəfərdən ibarətdir. "Eurovision-2012" mahnı müsabiqəsində Rumıniyanı ispan və ingilis dillərində, Latın Amerikası ritmlərində yazılan "Zaleilah" mahnısı ilə təmsil edən qrupun ifasında bu mahnı bir daha səslənmişdir.
Bakıya səfəri çərçivəsində
"Mandinga" qrupu
paytaxtımızda yeni klipin
çəkilişinə də başlamışdır.
Azərbaycan.- 2012.- 21 iyun.- S. 8.