Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, "Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının 1997-ci il 26 iyun tarixli 360-IQ nömrəli Qanununu "Psixiatriya yardımı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2011-ci il 25 oktyabr tarixli 224-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

"Əhalinin sağlamlığının qorunması haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, ¹ 6, maddə 497; 1999, ¹ 5, maddə 285; 2001, ¹ 3, maddələr 141, 142, 143, 144, ¹ 11, maddələr 672, 687, 693; 2002, ¹ 5, maddələr 240, 244,

¹ 6, maddə 328; 2003, ¹ 6, maddə 256; 2004, ¹ 4, maddə 199, ¹ 6, maddə 396, ¹ 7, maddə 507; 2006, ¹ 2, maddə 66, ¹ 12, maddə 1028; 2007, ¹ 6, maddə 560, ¹ 11, maddə 1052, ¹ 12, maddə 1197; 2008, ¹ 7, maddə 602; 2009, ¹ 2, maddə 46, ¹ 12, maddə 949; 2010, ¹ 11, maddə 962; 2011, ¹ 2, maddələr 70, 71, ¹ 7, maddə 616) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 25-ci maddəyə aşağıdakı məzmunda altıncı və yeddinci hissələr əlavə edilsin:

"Psixiatriya yardımı alanya əvvəllər psixiatriya yardımı almış şəxsə göstərilən yardım tədbirləri barədə məlumatlar şəxsin özününyaxud onun qanuni nümayəndəsinin yazılı müraciətindən sonra 2 gün ərzində müəssisənin müdiriyyəti tərəfindən təqdim olunmalıdır. Pasiyentin məlumatları əldə etmək hüququ yalnız onun sağlamlığına zərərin vurulmasının qarşısının alınması və digər şəxslərin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə məhdudlaşdırıla bilər.

Psixi pozuntusu olan pasiyentə qulluq edən ailə üzvləri yalnız göstərdikləri yardıma aid olan məlumatı əldə edə bilərlər. Pasiyentə zərər törədə biləcək məlumatların onlara verilməsi qadağandır.".

2. 32-ci maddənin ikinci hissəsinin ikinci və üçüncü bəndləri müvafiq olaraq üçüncü və dördüncü bəndlər hesab edilsin və aşağıdakı məzmunda ikinci bənd əlavə edilsin:

"ilkin tibbi yardım göstərən tibb müəssisələrində müalicəsinə icazə verilən psixi pozuntuların müalicəsi;".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 1 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 1.