Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

 

 Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq qərara alır:

"Bələdiyyələrin statusu haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 7, maddə 405; 2001, ¹ 11, maddələr 689, 690, ¹ 12, maddə 736; 2002, ¹ 5, maddə 242; 2003, ¹ 1, maddələr 11, 16, ¹ 6, maddə 256; 2004, ¹ 1, maddə 10, ¹ 4, maddə 202, ¹ 5, maddə 314, ¹ 6, maddə 397; 2005, ¹ 2, maddə 62; 2006, ¹ 2, maddə 67, ¹ 11, maddə 923, ¹ 12, maddə 1005; 2007, ¹ 11, maddələr 1053, 1082; 2008, ¹ 5, maddə 354; 2009,  ¹ 6, maddə 410; 2010, ¹ 3, maddə 173, ¹ 4, maddələr 275, 276; 2011, ¹ 2, maddə 71, ¹ 12, maddə 1074) aşağıdakı dəyişikliklər edilsin:

1. 18-ci maddənin ikinci və üçüncü hissələri müvafiq olaraq üçüncü və dördüncü hissələr hesab edilsin və həmin maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimibaşqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimibaşqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.";

2. 25-ci maddənin birinci hissəsində "şəxslər" sözü "işçilər" sözü ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 2.