Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 7-ci bəndinə uyğun olaraq qərara alır:

Azərbaycan Respublikasının 1999-cu il 15 oktyabr tarixli  709-IQ saylı Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 1, maddə 1; 2001, ¹ 12, maddə 736; 2003, ¹ 1, maddə 16; 2004,  ¹ 1, maddə 10; 2005, ¹ 2, maddə 62; 2006, ¹ 2, maddə 67, ¹ 6, maddə 478; 2011, ¹ 12, maddə 1080) ilə təsdiq edilmiş "Bələdiyyənin nümunəvi nizamnaməsi"nin IV bölməsinin "Bələdiyyənin icra orqanı" hissəsinə aşağıdakı məzmunda 6-cı bənd əlavə edilsin:

 

"6. Bələdiyyənin icra aparatı bələdiyyənin, habelə bələdiyyənin daimibaşqa komissiyalarının təşkilati, informasiya, kargüzarlıq, maddi-texniki təminat məsələlərini həyata keçirir, bələdiyyə sədrinin tapşırıqlarını yerinə yetirir, bələdiyyənin qərarlarının icrasını təmin edir. Bələdiyyənin icra aparatının struktur bölmələrinin rəhbərləri görülmüş işlər barədə bələdiyyə sədrinə və bələdiyyəyə hesabat, daimibaşqa komissiyaların iclaslarında səlahiyyətlərinə aid məsələlər barəsində məlumat verirlər.".

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 may 2012-ci il

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 2.