“Bələdiyyələrin əraziləri
və torpaqları haqqında” Azərbaycan
Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan
Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi
barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 12, maddə 689; 2001, № 11, maddə 677; 2002, № 5, maddə 237; 2003, № 6, maddə 273, № 8, maddə 419; 2004, № 7, maddə 522, № 10, maddə 784, № 12, maddələr 982, 987; 2005, № 4, maddə 283, № 10, maddə 884; 2007, № 3, maddə 212, № 11, maddə 1051; 2008, № 5, maddələr 346, 347, № 8, maddə 708, № 11, maddə 959; 2009, № 4, maddə 214, № 7, maddələr 503, 511, № 10, maddə 770, № 12, maddə 963; 2010, № 7, maddə 605, № 11, maddələr 942, 943, 961; 2011, № 3, maddə 166, № 7, maddə 613; 2012, № 2, maddə 54, № 3, maddə 192) əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nın "Gədəbəy rayonu" bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. 22.1-ci sırasında "Ağamalı" sözü "Çanaqçı" sözü ilə əvəz edilsin;
1.2. 22.12-ci sırasında "Əliismayıllı" sözü hər iki halda "Alnabat" sözü ilə əvəz edilsin;
1.3. 22.21-ci sırasında "Dikdaş" sözü "Qızıltorpaq" sözü ilə əvəz edilsin;
1.4. 22.25-ci sırasında "Rüstəm Əliyev" sözləri hər iki halda "Miskinli" sözü ilə əvəz edilsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 may 2012-ci il
Azərbaycan.- 2012.- 22 iyun.- S. 2.