Əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

 

 İyunun 21-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransanın ölkəmizdə yeni təyin olunmuş səfiri Paskal Moni ilə görüşmüşdür.

Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, E.Məmmədyarov P.Monini ölkəmizdə səfir təyin olunması münasibətilə təbrik etmişona uğurlar arzulamışdır.

E.Məmmədyarov yeni səfirin Azərbaycan ilə Fransa arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirmişdir.

Ölkəmizdə səfir təyin olunmasından məmnunluğunu bildirən fransalı diplomat Azərbaycanın müasir, tolerantçox mədəniyyətli dövlət olduğunu vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan E.Məmmədyarov məsələnin həllinin uzadılmasının yolverilməz olduğunu bildirmişdir. Münaqişənin həlli üçün ilk növbədə, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasının vacibliyini vurğulayan nazir demişdir ki, Ermənistan tərəfindən edilən təhriflər yolverilməzdir.

Fransalı diplomat bildirmişdir ki, Azərbaycanın və Fransanın ümumi maraqları çoxdur. Ölkələrimiz arasında bir çox istiqamətlərdə, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək üçün geniş potensial mövcuddur.

Görüşdə həmçinin ikitərəfli iqtisadi əlaqələrin inkişaf perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 3.