ABŞ-ın Azərbaycana
səfir təyin etməsi münasibətlərin siyasi sahədə yeni mərhələyə
keçməsinə zəmin yaradacaqdır
Qəbələ radiolokasiya stansiyasının (RLS) icarə müddətinin uzadılması ilə bağlı Azərbaycan ilə Rusiya arasında danışıqlar davam etdirilir.
AzərTAc xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov bildirmişdir.
E.Aslanov demişdir ki, Azərbaycan tərəfi Qəbələ RLS ilə bağlı mövqeyini dəfələrlə ortaya qoymuşdur. Unutmaq olmaz ki, Azərbaycan bu gün turizm potensialı baxımından inkişaf edən məkandır. Eyni zamanda, Konstitusiyada Azərbaycan ərazisində digər dövlətin hərbi bazasının mövcudluğunu qadağan edən maddə vardır.
Prezident
Administrasiyasının şöbə müdiri,
həmçinin bildirmişdir ki, müəyyən bir
dövrdə ABŞ-ın Azərbaycanda səfiri
olmamışdır. ABŞ-ın ölkəmizə səfir
təyin etməsi iki ölkə
arasında münasibətlərin inkişafına, dinamik əlaqələrin artmasına, istər
iqtisadi, istərsə də siyasi sahədə yeni mərhələyə
keçməsinə zəmin yaradacaqdır.
Azərbaycan.- 2012.- 22 iyun.- S. 3.