Həyatla oyun tamaşasındakı hadisələr real həyatdan götürülmüşdür

 

 İyunun 21-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında «Həyatla oyun» tamaşasının premyerasına həsr olunmuş tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, 26 iyun - Dünya Narkotiklərlə Mübarizə Gününə həsr edilmiş bu səhnə əsərini Gənclər və İdman Nazirliyi Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə birgə hazırlamışdır.

Tədbirdə çıxış edən Baş nazirin müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Həsənov narkomaniyanı demokratiyayaiqtisadi inkişafa ən çox ziyan vuran amillərdən biri kimi səciyyələndirmişdir.

Natiq demişdir ki, hər il ölkəmizdə 26 iyun - Dünya Narkotiklərlə Mübarizə Gününə həsr edilmiş silsilə tədbirlər keçirilir.  BMT-nin müvafiq qərarı ilə təsis edilən günün məqsədi insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniyaya qarşı mübarizəyə səsləməkdir.

Əli Həsənov bildirmişdir ki, respublikamızda bu istiqamətdə müvafiq qanunvericilik bazası formalaşdırılmış, əlaqədar beynəlxalq konvensiyalar təsdiq olunmuş, dövlət qurumları tərəfindən lazımi işlər görülmüşdür. Lakin bütün bunlara baxmayaraq, narkomaniya təkcə müəyyən bir qrup insanların deyil, bütün cəmiyyətin, hər birimizin problemidirbu sosial bəla ilə hamılıqla mübarizə aparılmalıdır.

Diqqətə çatdırılmışdır ki, gənclərə, uşaqlara narkotik vasitələrin zərəri barədə vaxtında düzgün istiqamətin verilməsi, onların məlumatlandırılması mühüm əhəmiyyətə malikdir. Bu işdə KİV-lərin mühüm rola malik olduğu xüsusi vurğulanmışdır.

Sonra  Bakı Uşaq Teatrının hazırladığı "Həyatla oyun" tamaşası nümayiş etdirilmişdir.

Real həyatdan götürülmüş hadisələr üzərində qurulmuş tamaşaya rejissor İntiqam Soltan quruluş vermişdir.

 

 

Azərbaycan.- 2012.- 22 iyun.- S. 3.