Lüksemburqun Böyük Hersoqu əlahəzrət Anriyə
Əlahəzrət!
Ölkənizin milli bayramı - Böyük Hersoqun təvəllüd günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimizi yetirirəm.
Ümidvaram ki, Azərbaycan ilə Lüksemburq arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı daim xalqlarımızın rifahına xidmət edəcəkdir.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Lüksemburq xalqına əmin-amanlıq və tərəqqi arzulayıram.
Hörmətlə,
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı, 6 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 23 iyun. - S. 1.