M.C.Cavadzadənin
xatirəsinin əbədiləşdirilməsi haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycanda urologiya elminin inkişaf etdirilməsi işinə böyük töhfələr vermiş görkəmli alim, akademik Mirməmməd Cavad oğlu Cavadzadənin xatirəsini əbədiləşdirmək məqsədilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Bakı Şəhər İcra Hakimiyyəti Mirməmməd Cavadzadənin yaşadığı binaya (Tərlan Əliyarbəyov küçəsi, 2) xatirə lövhəsinin vurulmasını təmin etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri,
22 iyun 2012-ci il
Azərbaycan.- 2012.- 23 iyun.- S. 1.