“2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın
Əlavə Tədbirlər Planı”nın
təsdiq edilməsi və Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli
Sərəncamı ilə təsdiq edilmiş
“2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi
haqqında
Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan
Respublikası Konstitusiyasının 109-cu maddəsinin 3-cü
bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası
Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı
ilə təsdiq edilmiş "2011-2013-cü illərdə
Bakı şəhərinin və onun qəsəbələrinin
sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na
müvafiq olaraq Bakı şəhərinin və onun qəsəbələrinin
inkişafının sürətləndirilməsi, əhaliyə
göstərilən kommunal xidmətlərin həcminin və
keyfiyyətinin yaxşılaşdırılması, əhalinin
həyat səviyyəsinin daha da yüksəldilməsi istiqamətində
uğurla həyata keçirilən sosial və mühəndis
infrastruktur layihələrinin, abadlıq və quruculuq işlərinin
miqyasının genişləndirilməsi məqsədilə
qərara alıram:
1. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın Əlavə Tədbirlər Planı" (bundan sonra - Əlavə Tədbirlər Planı) təsdiq edilsin (əlavə olunur).
2. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı"nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2.1.21-ci yarımbəndin "İcraçılar" sütununda "Ekologiya və Təbii Sərvətlər Nazirliyi" sözləri "İqtisadi İnkişaf Nazirliyi", "Azərsu" ASC, Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rayon İcra Hakimiyyəti" sözləri ilə əvəz edilsin və "Tədbirin adı" sütunu aşağıdakı redaksiyada verilsin:
"Böyükşor və Xocasən göllərinə məişət tullantı, texniki və s. sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətlərinin yaxşılaşdırılması və meşə zolaqlarının, parkların salınması";
2.2. 2.1.22-ci yarımbəndin "Tədbirin adı" sütunundan "Böyükşor və" sözləri çıxarılsın, "göllərin qurudulması və həmin ərazilərin" sözləri "gölün qurudulması və həmin gölə məişət tullantı sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətinin yaxşılaşdırılması və meşə zolağının, parkın salınması" sözləri ilə, "İcraçılar" sütununda isə "Dövlət Neft Şirkəti" sözləri "İqtisadi İnkişaf Nazirliyi, "Azərsu" ASC, Rayon İcra Hakimiyyəti" sözləri ilə əvəz edilsin;
2.3. 2.1.23-cü yarımbəndin "İcra müddəti" sütununda "2011" rəqəmləri "2011-2012" rəqəmləri ilə əvəz edilsin və "Tədbirin adı" sütunu aşağıdakı redaksiyada verilsin:
"Binəqədi qəsəbəsində Bakı şəhəri Baytarlıq İdarəsi üçün 2 mərtəbəli inzibati binanın və baytarlıq məntəqəsinin tikintisi";
2.4. 2.1.32-ci yarımbəndin "Tədbirin adı" sütununda "əsaslı təmiri" sözlərindən əvvəl "bərpa-gücləndirilməsi və" sözləri əlavə edilsin.
2.5. 2.1.56-cı yarımbəndin "İcra müddəti" sütununda "2011" rəqəmləri "2011-2013" rəqəmləri ilə, "Tədbirin adı" sütununda "bağçasının əsaslı təmiri" sözləri "bağçası üçün yeni binanın tikintisi" sözləri ilə əvəz edilsin;
2.6. 2.1.59-cu və 2.1.67-ci yarımbəndlərin "Tədbirin adı" sütunlarında "uşaq bağçasının əsaslı təmiri" sözləri "uşaq bağçası üçün yeni binanın tikintisi" sözləri ilə əvəz edilsin.
2.7. 2.2.54-cü yarımbəndin "Tədbirin adı" sütununda "əsaslı təmiri, 10 əlavə sinif otağının" sözləri "köhnə korpusunun sökülərək 440 şagird yerlik yeni korpusun" sözləri ilə əvəz edilsin;
2.8. 2.2.76-cı yarımbəndin "Tədbirin adı" sütununda "təmiri, avadanlıq və inventarla təchiz olunması" sözləri "tikintisi" sözləri ilə, "İcra müddəti" sütununda "2011" rəqəmləri "2011-2012" rəqəmləri ilə əvəz edilsin;
2.9. 2.2.78-ci yarımbəndin "Tədbirin adı" sütununda "təmiri, avadanlıq və inventarla təchiz olunması" sözləri "tikintisi" sözləri ilə əvəz edilsin;
2.10. 2.3.22-ci yarımbəndin "Tədbirin adı" sütununda "əsaslı təmiri" sözlərindən əvvəl "bərpa-gücləndirilməsi və" sözləri əlavə edilsin.
2.11. 2.3.31-ci yarımbəndin "Tədbirin adı" sütununda "əsaslı təmiri" sözlərindən əvvəl "bərpa-gücləndirilməsi və" sözləri əlavə edilsin.
2.12. 2.3.37-ci yarımbəndin "Tədbirin adı" sütununda "məktəbin əsaslı təmiri və 30 əlavə sinif otağının" sözləri "məktəb üçün 1176 şagird yerlik yeni binanın" sözləri ilə, "İcra müddəti" sütununda "2012" rəqəmləri "2013" rəqəmləri ilə əvəz edilsin;
2.13. 2.4.41-ci yarımbəndin "Tədbirin adı" sütununda "göllərin qurudulması" sözləri "göllərə məişət tullantı, texniki və s. sularının axıdılmasının qarşısının alınması məqsədilə tədbirlərin görülməsi, ekoloji vəziyyətlərinin yaxşılaşdırılması və meşə zolaqlarının, parkların salınması" sözləri ilə əvəz edilsin, "İcraçılar" sütununda "Dövlət Neft Şirkəti, Rayon İcra Hakimiyyəti" sözləri "İqtisadi İnkişaf Nazirliyi, "Azərsu" ASC, Dövlət Neft Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rayon İcra Hakimiyyəti," sözləri ilə əvəz edilsin;
2.14. 2.4.68-ci və 2.4.69-cu yarımbəndlərin "Tədbirin adı" sütunlarında "əsaslı təmiri" sözləri "sökülərək yenidən tikintisi" sözləri ilə əvəz edilsin;
2.15. 2.4.79-cu yarımbəndin "İcra müddəti" sütununda "2012" rəqəmləri "2012-2013" rəqəmləri ilə, "İcraçılar" sütununda "Mədəniyyət və Turizm Nazirliyi" sözləri "Nəqliyyat Nazirliyi, Azərbaycan Dəmir Yolları" QSC" sözləri ilə əvəz edilsin;
2.16. 2.6.29-cu və 2.6.31-ci yarımbəndlərin "Tədbirin adı" sütunlarında "bağçasının əsaslı təmiri" sözləri "bağçası üçün yeni binanın tikintisi" sözləri ilə, "İcra müddəti" sütunlarında "2011" rəqəmləri "2011-2013" rəqəmləri ilə əvəz edilsin;
2.17. 2.6.32-ci yarımbəndin "Tədbirin adı" sütununda "əsaslı təmiri" sözlərindən əvvəl "bərpa-gücləndirilməsi və" sözləri əlavə edilsin.
2.18. Aşağıdakı məzmunda 2.6.42-ci
yarımbənd əlavə edilsin:
Səhiyyə sahəsi |
|||
2.6.42. |
B.Ə.Eyvazov adına
Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun
təmiri, avadanlıqlarla və inventarla
təchiz olunması |
2012-2013 |
Səhiyyə Nazirliyi, Rayon İcra Hakimiyyəti |
2.19.
2.8.43-cü yarımbəndin "Tədbirin adı"
sütununda "göllərin qurudulması" sözləri
"göllərə məişət tullantı, texniki və
s. sularının axıdılmasının
qarşısının alınması məqsədilə tədbirlərin
görülməsi, ekoloji vəziyyətlərinin
yaxşılaşdırılması və meşə
zolaqlarının, parkların salınması" sözləri
ilə əvəz olunsun, "İcraçılar"
sütununda "Dövlət Neft Şirkəti" sözlərindən
əvvəl "İqtisadi İnkişaf Nazirliyi, "Azərsu"
ASC," sözləri əlavə edilsin;
2.20.
2.8.94-cü yarımbəndin "Tədbirin adı"
sütununda "bağçasının əsaslı təmiri"
sözləri "bağçası üçün yeni
binanın tikintisi" sözləri ilə, "İcra müddəti"
sütununda "2011" rəqəmləri "2011-2013"
rəqəmləri ilə əvəz edilsin;
2.21.
2.8.111-ci yarımbəndin "İcra müddəti"
sütununda "2011" rəqəmləri "2012-2013"
rəqəmləri ilə, "İcraçılar"
sütununda "Dövlət Neft Şirkəti" sözləri
"Fövqəladə Hallar Nazirliyi" sözləri ilə əvəz edilsin;
2.22.
2.8.119-cu yarımbəndin "İcraçılar"
sütunundan "Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi," sözləri çıxarılsın;
2.23.
2.10.39-cu yarımbəndin "Tədbirin adı"
sütununda " gölü ətrafı ərazilərində
neft tullantılarının təmizlənməsi, müvafiq
torpaq işlərinin görülməsi, su mənbələrini
müəyyənləşdirməklə, suvarma sisteminin qurulması
və ərazinin yaşıllaşdırılması"
sözləri "gölünə məişət
tullantı, texniki və s. sularının
axıdılmasının qarşısının
alınması məqsədilə tədbirlərin
görülməsi, ekoloji vəziyyətinin
yaxşılaşdırılması və meşə
zolağının, parkın salınması" sözləri
ilə, "İcraçılar" sütununda "Ekologiya
və Təbii Sərvətlər Nazirliyi" sözləri
"İqtisadi İnkişaf Nazirliyi, Dövlət Neft
Şirkəti, Ekologiya və Təbii Sərvətlər
Nazirliyi, Rayon İcra Hakimiyyəti" sözləri ilə əvəz
edilsin;
2.24.
2.10.41-ci yarımbəndin "Tədbirin adı" sütununda
"gölünün ekoloji vəziyyətinin
yaxşılaşdırılması üzrə layihənin
hazırlanması" sözləri "gölünə məişət
tullantı, texniki və s. sularının
axıdılmasının qarşısının
alınması məqsədilə tədbirlərin
görülməsi, ekoloji vəziyyətinin
yaxşılaşdırılması və meşə zolağının,
parkın salınması" sözləri ilə,
"İcra müddəti" sütununda "2011" rəqəmləri
"2011-2013" rəqəmləri ilə,
"İcraçılar" sütununda isə "Ekologiya
və Təbii Sərvətlər Nazirliyi" sözləri
"İqtisadi İnkişaf Nazirliyi, "Azərsu" ASC,
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Rayon
İcra Hakimiyyəti" sözləri ilə əvəz
edilsin;
2.25.
2.10.52-ci yarımbəndin "Tədbirin adı"
sütununda "əsaslı təmiri" sözlərindən
əvvəl "bərpa-gücləndirilməsi və"
sözləri əlavə edilsin.
2.26.
2.11.19-cu yarımbəndin "Tədbirin adı"
sütununda "əsaslı təmiri" sözlərindən
əvvəl "bərpa-gücləndirilməsi və"
sözləri əlavə edilsin.
2.27.
2.11.49-cu yarımbəndin "Tədbirin adı"
sütununda "stansiyasının" sözü
"stansiyası və uşaq poliklinikasının"
sözləri ilə, "İcra müddəti"
sütununda "2012" rəqəmləri "2012-2013"
rəqəmləri ilə əvəz edilsin;
2.28.
2.1.72-ci, 2.11.16-cı və 2.11.50-ci yarımbəndlər ləğv
edilsin.
3. Azərbaycan Respublikasının
Nazirlər Kabineti:
3.1.
müvafiq mərkəzi və yerli icra hakimiyyəti
orqanları ilə birlikdə Əlavə Tədbirlər
Planının icrasını təmin edən zəruri tədbirlər
görsün;
3.2.
Azərbaycan Respublikasının İqtisadi İnkişaf
Nazirliyi və Azərbaycan Respublikasının Maliyyə
Nazirliyi ilə birlikdə Əlavə Tədbirlər
Planında 2013-cü il üzrə nəzərdə
tutulmuş tədbirlərin Dövlət İnvestisiya
Proqramı tərtib edilərkən nəzərə
alınmasını təmin etsin;
3.3.
bu sərəncamdan irəli gələn digər məsələləri
həll etsin.
4. Azərbaycan Respublikasının
İqtisadi İnkişaf Nazirliyi:
4.1.
Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə
Əlavə Tədbirlər Planında nəzərdə
tutulan tədbirlərin həyata keçirilməsini əlaqələndirsin;
4.2.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490
nömrəli Sərəncamı ilə təsdiq edilmiş
"2011-2013-cü illərdə Bakı şəhərinin və
onun qəsəbələrinin sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı"nda nəzərdə tutulan tədbirlərin
icrasının gedişi barədə Azərbaycan
Respublikasının Prezidentinə təqdim edilən məlumatlarla
birgə bu sərəncamın icrası ilə əlaqədar
görülən tədbirlər barədə hesabat versin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun
2012-ci il
Azərbaycan.- 2012.- 23 iyun.- S. 3.