Azərbaycanın fövqəladə hallar üzrə beynəlxalq əməkdaşlığı genişlənir

 

 İyunun 22-də Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirildi. Milli Məclis Sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov iclası açaraq dedi ki, gündəliyə "Azərbaycan Respublikası hökuməti və Qırğız Respublikası hökuməti arasında mülki müdafiə (mühafizə), fövqəladə halların xəbərdar edilməsi və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi barədə" və "Azərbaycan Respublikası hökuməti və Bolqarıstan Respublikası hökuməti arasında fövqəladə hallar sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi barədə" qanun layihələri daxildir. Sənədlərdə əməkdaşlığın formaları, o cümlədən fövqəladə halların aradan qaldırılmasında qarşılıqlı yardımın göstərilməsi, fövqəladə halların qarşısının alınması, hava gəmilərindən istifadə edilməsi, müəssisələr və təşkilatlar arasında əməkdaşlıq, məlumatların istifadə edilməsi və digər məsələlər əksini tapmışdır.

Komitə sədri onu da vurğuladı ki, bu cür əməkdaşlıq  ölkəmizin  artan nüfuzunun, uğurlu xarici siyasətinin göstəricisidir.

Daha sonra komitənin üzvləri də qanun layihəsi ilə bağlı fikirlərini bildirdilər. Qeyd olundu ki, dövlətimizin milli maraqlarına və xarici siyasətinə tam uyğun olan belə sazişlər müttəfiqlərimizin sayını artırır. Azərbaycanın bir çox dövlətlə bu qəbildən olan sazişləri var. Azərbaycanın Fövqəladə Hallar Nazirliyi bir sıra ölkələrdə fövqəladə halların aradan qaldırılmasında xeyli görmüşdür.

Yekunda qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 3.