TürkPA beynəlxalq əməkdaşlıq çərçivəsində bu il bir çox nailiyyətlər əldə etmişdir

 

 İyunun 22-də Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Beynəlxalq Katibliyi 2012-ci ilin 6 ayının yekunları ilə bağlı mətbuat konfransı keçirmişdir.

AzərTAc xəbər verir ki, konfransda çıxış edən TürkPA-nın baş katibi Ramil Həsənov  beynəlxalq əməkdaşlıq çərçivəsində katibliyin iştirakı ilə bir çox nailiyyətlər əldə edildiyini diqqətə çatdırmışdır.

Ramil Həsənov diqqətə çatdırmışdır ki, TürkPA Azərbaycan Respublikasında yerləşən diplomatik missiya olaraq son 6 ay ərzində aktiv fəaliyyət göstərmiş, beynəlxalq əməkdaşlıq çərçivəsində katibliyin iştirakı ilə bir çox nailiyyətlərə imza atmış, bir sıra beynəlxalq tədbirlərdə iştirak etmişdir.

Bildirilmişdir ki, ilk  dəfə TürkPA Katibliyi səyləri ilə ATƏT PA-nın 2012-ci ildə keçirilən qış sessiyasında bu quruma üzv ölkələrin nümayəndə heyətləri bir araya gəlmiş və ATƏT PA çərçivəsində ortaq fəaliyyət üçün ilkin istək ifadə edilmişdir.

Həmçinin TürkPA baş katibi ATƏT-in baş katibi Lamberto Zannieri ilə, ATƏT-in fəaliyyətdə olan sədrinin nümayəndəsi səfir İyon O LiriAvropa Parlamentinin xüsusi nümayəndəsi Dik Tornstra ilə ikitərəfli görüşlər keçirdiyinidemişdir. Görüşlərin hər birinin assambleyanın fəaliyyətlərinin, vəzifələrinin və hədəflərinin beynəlxalq ictimaiyyətə tanıtdırılması məqsədi daşıdığı bildirilmişdir.

R.Həsənov TürkPATürk Dövlətlərin Əməkdaşlıq Şurası arasında uğurlu işbirliyinin yarandığını və inkişaf etdiyini demişdir. Qeyd edilmişdir ki, TürkPA-nın seçkilər üzrə Beynəlxalq Müşahidəçilər Missiyası bu ilin yanvar ayında Qazaxıstan Parlamenti Məclisinə keçirilmiş növbədənkənar seçkiləri müşahidə etmişdir.

Bu ilin iyununda Qırğızıstanın Bişkek şəhərində TürkPA-nın Assambleya Şurasının III iclası və üç plenar sessiyası uğurla başa çatmışdır. Təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçmiş, dörd daimi komissiyanın sədr müavinləri və katibləri seçilmiş, komissiyaların tövsiyə qərarları təsdiq edilmişüzv ölkələrin parlamentlərinin milli qanunvericiliyinə uyğunlaşdırılması məqsədi ilə onlara göndərilmişdir. Bundan başqa, TürkPA beynəlxalq müşahidəçilər missiyasının Türkiyə, Qırğızıstan və Qazaxıstanda keçirilmiş seçkilərə dair hesabatı qəbul edilmiş, katibliyin 2013-cü ilin büdcəsi təsdiq edilmiş, plenar sessiyanın yekun sənədi olan Bişkek Bəyannaməsi qəbul edilmişdir.

TürkPA-nın baş katibi bildirmişdir ki, 6 ay ərzində təşkilatın hüquqi sənədləri 5 dilə çevrilmişkitabça şəklində çap edilmişdir. TürkPA-nın hüquq komissiyasının tövsiyə qərarına əsasən üzv dövlətlərinin konstitusiyaları, həmçinin Özbəkistan və Türkmənistan konstitusiyaları təşkilatımızın rəsmi dillərinə tərcümə olunmuşçap edilmişdir.

R.Həsənov onu da diqqətə çatdırmışdır ki, TürkPA-nın yaxın perspektivlərində daimi komissiyaların növbəti toplantılarının beynəlxalq konfransların təşkil edilməsi, regionalqonşu dövlətlərin parlamentləri ilə əlaqələrin inkişafına dair tədbirlərin və türkdilli ölkələrin arasında münasibətlərin intensivləşməsinə yönəlmiş layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bundan əlavə, Beynəlxalq Əlaqələr Komissiyasının tövsiyə qərarına əsasən, yaxın gələcəkdə "Ölkələrarası əməkdaşlığın inkişaf prosesində gənc liderlərin rolu" və "TürkPA: parlamentlərarası əməkdaşlığın yeni mərhələsi" mövzularında beynəlxalq konfransların təşkil edilməsi fəaliyyət planımızda nəzərdə tutulur. Sonda TürkPA-nın baş katibi jurnalistlərin suallarını cavablandırmışdır.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 4.