Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika (TK11) standartlaşdırma üzrə Texniki Komitənin təqdimatı olmuşdur

 

  İyunun 22-də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) və Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" (TK11) standartlaşdırma üzrə Texniki Komitənin yaradılması ilə bağlı təqdimat mərasimi keçirilmişdir.

AzərTAc xəbər verir ki, mərasimdə DTXK-nın sədri Qərib Məmmədov Texniki Komitənin yaradılmasının məqsədinin torpaqların qiymətləndirilməsi, yer quruluşu, torpaq kadastrı, coğrafi informasiya sistemləri, həmçinin əsas məkan məlumatları və naviqasiya xəritələrinin təhlükəsizliyinin təmin edilməsi, Milli Məkan Məlumatları İnfrastrukturu sahəsində standartlaşdırma üzrə işlərin təkmilləşdirilməsindən ibarət olduğunu bildirmişdir.

Məlumat verilmişdir ki, yeni qurumun strukturu müəyyənləşdirilmiş, onun fəaliyyətini təmin edəcək "Torpaqların qiymətləndirilməsi", "Torpağın keyfiyyətini yaxşılaşdıran vasitələr", "Geoməkan xidmətləri", "Kadastr informasiyanın menecmentiinformasiya cəmiyyəti", "Obrazlar", "Geodeziyakartoqrafiya" alt komitələri yaradılmış və 20 üzv təşkilatın siyahısı təsdiq edilmişdir.

TK11-in əsas vəzifələri milli, dövlətlərarası, beynəlxalq, regionalxarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrinin ekspertizasını təşkil etməkdən ibarət olacaqdır.

Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirmişdir ki, ölkəmizdə texniki tənzimləmə, standartlaşdırma, keyfiyyətin idarə olunması məsələlərinə dövlət tərəfindən  xüsusi diqqət və qayğı göstərilir. Bu sahələrin beynəlxalq tələblər səviyyəsində qurulması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülür. O, Azərbaycanda dövlət standartlarının, standartlaşdırma üzrə  başqa normativ sənədlərin təşkili və işlənməsi, baxılması, razılaşdırılması və təsdiqə hazırlanması, eləcə də beynəlxalq  standartlaşdırma üzrə işlərin aparılmasında  texniki komitələrin rolunu vurğulamışdır. Qeyd etmişdir ki, ölkəmizdə qida məhsulları, informasiya texnologiyaları, ekologiya, turizm, keyfiyyətin idarə olunması sahələri üzrə belə komitələr fəaliyyət göstərir.

Tədbirdə "Torpaqların qiymətləndirilməsi və coğrafi informasiya/Geomatika" (TK11) standartlaşdırma üzrə Texniki Komitənin yaradılmasının əhəmiyyətindən söhbət açılmışdır.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 4.