Aida MAHMUDOVA: Əməkdar rəssam Məmməd Mustafayevin unudulmuş şeylərdən istifadə etməklə yeni və gözəl bir obyekti ərsəyə gətirməsi Şəhər motivi əsərinin maraqlı cəhətlərindəndir

 

 Əməkdar rəssam Məmməd Mustafayevin unudulmuş şeylərdən istifadə etməklə yeni və gözəl bir obyekti ərsəyə gətirməsi "Şəhər motivi" əsərinin maraqlı cəhətlərindəndir. Müəllif əsəri öz əli ilə hazırlamışdır.

Bu sözləri "YARAT!" qeyri-kommersiya təşkilatının rəhbəri Aida Mahmudova "012 Bakı Public Art Festivalı" çərçivəsində növbəti layihənin təqdim edilməsindən əvvəl AzərTAc-a müsahibəsində demişdir.

Bildirmişdir ki, əsər Aida Mahmudovanın festival çərçivəsində təqdim etdiyi "Recycled" əsərinə müəyyən mənada bənzəyir. Yəni M.Mustafayev də köhnə obyekti götürərək yeni bir şeyə çevirmişdir. Əgər Aida Mahmudova dəmir çərçivədən istifadə etmişdirsə, M.Mustafayev pəncərə çərçivəsindən yararlanmışdır. Bununla yanaşı, əsər çox maraqlıdır. Müəllif köhnə, unudulmuş şeylərdən istifadə edərək yeni bir obyektin yaradılmasına nail olmuşdur.

"Şəhər motivi" əsərində digər bir maraqlı cəhət isə pəncərə çərçivələrinin xeyli yaşı olan köhnə binalardan götürülməsidir. Bunlar indi olmasa da, gələcəkdə antikvar olacaqdır.

Əsərin kompozisiyasından danışan Aida Mahmudova burada müxtəlif hissələrin bir-birinə sıx və həm də düzgün yerləşdirilməsinin İçərişəhərin sıxlığını xatırlatdığını qeyd etmişdir.

Aida Mahmudova əməkdar rəssam Məmməd Mustafayevin əsərini çox bəyəndiyini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 5.