BDU ilə Türkiyənin Hitit Universiteti arasında Anlaşma Memorandumu imzalanmışdır

 

İyunun 22-də Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov Türkiyənin Hitit Universitetinin rektoru, professor Reha Metin Alkan ilə görüşmüşdür.

Bakı Dövlət Universitetinin mətbuat informasiya şöbəsindən AzərTAc-a bildirmişlər ki, görüşdə akademik A.Məhərrəmov BDU-nun yaranma inkişaf tarixindən, dünyanın aparıcı ölkələrinin ali məktəbləri ilə əlaqələrindən bəhs etmiş, bu istiqamətdə Türkiyənin Hitit Universiteti ilə əlaqələrin yaranmasında maraqlı olduqlarını söyləmişdir.

Rəhbərlik etdiyi Hitit Universiteti barədə məlumat verən professor R.Alkan BDU ilə əməkdaşlığa əhəmiyyət verdiyini bildirmişdir.

Sonra iki universitet arasında əməkdaşlıq barədə anlaşma memorandumu imzalanmışdır.

Memorandumda tədqiqatçı, aspirant magistrantların mübadiləsi, birgə seminar, konfransların təşkili, layihələr üzrə elmi araşdırmaların aparılması digər məsələlər nəzərdə tutulur.

 

 

AzərTAc

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 10.