Tanınmış müğənni və bəstəkar Emin Ağalarov УFashion People Awards-2012Ф mükafatına layiq görülmüşdür

 

Rusiyada yaşayan tanınmış azərbaycanlı müğənni və bəstəkar Emin Ağalarov "Fashion People Awards-2012" mükafatına layiq görülmüşdür.AzərTAc xəbər verir ki, Moskvada keçirilən təqdimat mərasimində E.Ağalarov ən dəbli kişi səsi - "Fashion Voice Male" nominasiyası üzrə adıçəkilən mükafatı qazanmışdır.

Mötəbər və məşhur mükafat hesab olunan "Fashion People Awards-2012"nin təqdimatında Rusiyanın tanınmış simaları da olmuşlar.

Hər ilin yay mövsümündə Bakıda solo konsert proqramı ilə çıxış edən Emin Ağalarov artıq bu mövsüm üçünkonsertin tarixini müəyyənləşdirmişdir. Konsertin iyulun 12-də Yaşıl Teatrda keçirilməsi nəzərdə tutulmuşdur.

E.Ağalarov konsertində hitə çevrilmiş mahnılarını səsləndirəcəkdir.

 

 

Azərbaycan.- 2012.- 23 iyun.- S. 11.