Xorvatiya Respublikasının Prezidenti zati-aliləri cənab İvo Yosipoviçə

 

Hörmətli cənab Prezident!

 

Ölkənizin milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimizi yetirirəm.

Əminəm ki, Azərbaycan-Xorvatiya münasibətləri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Xorvatiya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

 

Hörmətlə,

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 6 iyun 2012-ci il

 

 

Azərbaycan.- 2012.- 24 iyun. - S. 1.