Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin növbəti iclası keçirilmişdir

 

İyunun 20-21-də Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin (PƏK) növbəti XII iclası keçirilmişdir.

Avropa Parlamentinin binasında keçirilən tədbirdə Milli Məclis Sədrinin müavini, PƏK-in həmsədri Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti və Avropa Parlamentinin deputatı, PƏK-in həmsədri Milan Kabrnoxun rəhbərliyi ilə Avropa Parlamentinin nümayəndə heyəti iştirak etmişdir.

İclasda Azərbaycan hökumətini xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, İqtisadi İnkişaf Nazirliyinin Beynəlxalq təşkilatlarla şöbəsinin müdiri Sahil Babayev və ölkəmizin Avropa İttifaqı yanındakı xüsusi nümayəndəsi, səfir Emin Eyyubov təmsil edirdilər. Komitənin iclasında Avropa İttifaqını təşkilatın  Cənubi QafqazGürcüstanda böhran üzrə xüsusi nümayəndəsi Filip Lefort, qurumun genişlənmə üzrə komissarı Stefan FüleAvropa İttifaqının Bakıdakı missiyasının rəhbəri Roland Kobiya təmsil edirdilər.

Tədbirdə komitə iclasının gündəliyinə daxil edilmiş məsələlər - Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlərin bugünkü durumu, siyasi, iqtisadi inkişaf prosesləri, ətraf mühit, Qara dəniz regionunda daha geniş əməkdaşlıq çərçivəsində ölkəmizin rolu, Avropaya inteqrasiya məsələlərinə dair fikir mübadiləsi aparılmış, əməkdaşlığın gələcək perspektivləri müzakirə edilmişdir.

 

 

Azərbaycan.- 2012.- 24 iyun.- S. 3.