Kolumbiya-Azərbaycan
dostluq qrupunun yaradılması
barədə qətnamə qəbul edilmişdir
Kolumbiya Senatı tərəfindən Kolumbiya-Azərbaycan dostluq qrupunun yaradılması barədə qətnamə qəbul olunmuşdur.
Azərbaycanın Meksikadakı səfirliyindən
AzərTAc-a bildirmişlər ki,
Kolumbiya-Azərbaycan dostluq qrupuna
Senatın sədri Xuan Manuel
Korso Roman və Kolumbiya Senatında cari ilin martında qəbul edilmiş
Azərbaycan Respublikası ərazisinin işğal
olunduğunu təsdiqləyən və
Xocalı soyqırımı barədə qərarın müəllifi,
senator Alexandra Moreno Pirakive daxildir.
Azərbaycan.- 2012.- 24 iyun.- S. 3.