Arzuları çin olur

 

 Əkrəm Məmməd-Emin oğlu Şəkinskini çoxları indi də yaxşı xatırlayır, xüsusilə də, geoloqlar, geofiziklər, ümumiyyətlə, bu sistemdə çalışan insanlar. Azərbaycanda geoloji xidmətin 25 ili bu insanın adı ilə bağlıdır. O, 1974-cü ildə Azərbaycan Geologiya İdarəsinin rəisi təyin edilmiş, sonralar Dövlət GeologiyaMineral Ehtiyatlar Komitəsinə çevrilən bu təşkilata ömrünün sonuna kimi ləyaqətlə rəhbərlik etmişdir.

Ə.Şəkinski ixtisasca neftçi-geofizik idi, 1954-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki ADNA) geoloji-kəşfiyyat fakültəsini bitirmişdi. Geologiya İdarəsinə rəhbər təyin edilənə qədər "Azneft" Birliyi sistemində işləmiş, mühəndis-operator vəzifəsindən birliyin Dəniz Geoloji-Kəşfiyyat İdarəsinin baş mühəndisi, sonra isə "Azneftgeofizikikəşfiyyat" Trestinin rəisi vəzifəsinədək  uğurlu yol keçmişdi. Azərbaycanda quruda və dənizdə neft və qazla zəngin olan perspektivli strukturların aşkar olunmasında onun misilsiz xidmətləri olmuşdur. Ə.Şəkinskinin rəhbərliyi və  bilavasitə iştirakı ilə Kürsəngi, Qarabağlı, Muradxanlı, Bulla-dəniz, Bahar, Günəşli, Livanov və s. strukturlar aşkar edilərək dərin kəşfiyyat qazması üçün hazırlanmışdı. Artıq bu strukturların bəziləri Azərbaycan Dövlət Neft Şirkəti və müqavilə əsasında xarici şirkətlər tərəfindən istismar olunmaqdadır. O, 1966 - 1968-ci illərdə İranda da neft yataqlarının axtarışı ilə məşğul olmuş, Xəzərin İrana aid sektorunda "Texnoeksport" İB-nin seysmik kəşfiyyat ekspedisiyasının rəhbəri kimi 30-dan artıq perspektivli neft-qaz strukturlarının aşkar edilərək dərin qazma işləri üçün hazırlanmasında iştirak etmişdir.

Onun qazandığı uğurlar respublika rəhbərliyinin diqqətindən yayınmadı. Ümummilli lider Heydər Əliyev Ə.Şəkinskinin əməyini, işgüzarlığını və ən əsası, idarəçilik bacarığını yüksək qiymətləndirərək  onu daha məsul vəzifəyə -   Azərbaycan SSR Nazirlər Sovetinin Geologiya İdarəsinə rəhbər təyin etdi.

Əkrəm müəllim neft-qaz sahəsi üzrə mütəxəssis idi, Geologiya İdarəsi isə digər faydalı qazıntı yataqlarının axtarışı və kəşfiyyatı işləri ilə məşğuldur. Həqiqətən, o dövrdə SSRİ-də və onun başqa respublikalarında bütün növ faydalı qazıntı yataqlarının, o cümlədən neftin və qazın axtarışı və kəşfiyyatı geologiya nazirlikləri və ya idarələri tərəfindən aparılırdısa, bu işlər Azərbaycanda fərqli idi. Belə ki, ənənəvi olaraq neft və qazın axtarışı və kəşfiyyatı "Azneft" Birliyinin, digər faydalı qazıntıların (mis, qızıl, dəmir, molibden, civə, su, tikinti materialları və s.) axtarışı və kəşfiyyatı isə Geologiya İdarəsi, sonralar isə Dövlət Geologiya və Mineral Ehtiyatlar Komitəsi tərəfindən aparılırdı. Elə indi də belədir - neft və qaz yataqları Dövlət Neft Şirkətinin, digər faydalı qazıntı yataqları isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji-Kəşfiyyat Xidmətinin fəaliyyət sahəsinə aiddir.

Fəaliyyət profilinin nisbətən fərqli və kollektivin yeni olmasına baxmayaraq Ə.Şəkinski qısa müddət ərzində böyük geoloq kollektivinin rəğbətini qazanmağı və onların uzun illər sevimli rəhbəri olmağı bacardı.

İllərlə çəkilən zəhmət hədər getmədi, yavaş-yavaş öz bəhrəsini verməyə başladı. 1975-1990-cı illərdə polimetal (mis, qurğuşun, sink, və s.) filizlərinin, yodlu - bromlu suların, qara metallurgiya üçün xammalın (dəmir filizi, bentonit gili) resursları iki dəfədən çox, tikinti materiallarının, yeraltı şirin, termalmineral suların ehtiyatları isə xeyli artırıldı. Böyük Qafqazın cənub yamaclarında yerləşən Katex, FilizçayKasdağ kolçedan-polimetal yataqlarının, Kiçik Qafqazda yerləşən iki mis-qızıl yatağının ehtiyatları SSRİ Dövlət Ehtiyatlar Komissiyasında, habelə onlarca qeyri-filizinşaat materialları yataqlarının ehtiyatları respublika ehtiyatlar komissiyasında  təsdiq edilərək ölkəmizdə etibarlı mineral-xammal bazası yaradıldı. Artıq 1993-cü ildə faydalı qazıntı yataqlarının dövlət balansında 275-dən çox filizqeyri-filiz yatağının (neft, qaz, su yataqları istisna olmaqla) ehtiyatları qeydə alınmışdı.

Çoxları kimi mən də Əkrəm müəllimi həmişə minnətdarlıqla xatırlayıram. Gənc mütəxəssis kimi onun rəhbərliyi dövründə Geologiya İdarəsində işə başlamış və 15 il əvvəl Kiçik Qafqaz Ekspedisiyasının çöl geoloji-axtarış dəstələrində, sonra isə bilavasitə onun rəhbərliyi altında idarənin aparatında müxtəlif vəzifələrdə işləmişəm. Kuba Respublikasına uzunmüddətli xidməti ezamiyyətə göndərilməyim və nəhayət Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatına işə keçməyim də Əkrəm müəllimin gənc kadrlara göstərdiyi qayğıkeşliyin adi nümunələrindəndir.

Geologiya İdarəsində işləyərkən, Əkrəm müəllim ilə mənim bir neçə epizodu nəzərə almasaq, o qədər də yaxın təmasım olmamışdı. Çünki arada böyük vəzifə fərqi vardı. O epizodlardan biri və ən yaddaqalanı onunla ilk görüşüm, ilk söhbətimdir. 1985-ci ilin axırları idi,  onun qəbuluna gəlmişdim. Görüşün səbəbi mənim xarici ölkəyə xidməti ezamiyyətə getmək istəyimlə bağlı idi və söhbətimiz gərgin və maraqlı keçdi. Məni hərtərəfli sorğu-suala tutdu, işimdən-gücümdən, geologiyanın problemlərindən tutmuş, sosial-məişət məsələlərinə və xarici dilləri hansı səviyyədə bilməyimə qədər müxtəlif suallar verdi. Həmin görüşdən sonra mən onun xeyirxah və ədalətli olduğunu gördüm.

İkinci epizod Türkiyə Respublikasına səfərlə bağlıdır. 1992-ci ilin aprel ayı, müstəqilliyimizin bərpasının birinci ili idi. Sovet İttifaqı dağılmış, iqtisadi durum ağırlaşmışdı, vəziyyətdən çıxış yolları aranırdı. Belə bir vaxtda biz Əkrəm müəllimin başçılığı ilə dörd nəfərdən ibarət nümayəndə heyəti KOÇ Holdinq şirkətlər qrupunun üzvü "Dəmireksport" şirkəti ilə Azərbaycanın polimetal yataqlarından birinin müştərək işlənilməsi imkanlarına dair danışıqlar aparmaq üçün İstanbul şəhərinə getmişdik. Bir həftə ərzində keçirdiyimiz görüşlərdə, rəsmi danışıqlarda özünü aparmaq səriştəsi onun hərtərəfli qabiliyyət sahibi olduğundan xəbər verirdi.

1992-ci il mayın əvvəlində mən onun təşəbbüsü ilə Nazirlər Kabinetinin neft kimya şöbəsinə keçəndən sonra Əkrəm müəllimlə tez-tez görüşürdük. Dövlət Geologiya Mineral Ehtiyatlar Komitəsinin kuratorluğu bizim şöbəyə mənə həvalə olunmuşdu. Demək olar ki, hər gün şöbəmizə baş çəkərdi. Aramızda ciddi, rəsmi, işgüzar səmimi münasibət vardı.

Ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq SSRİ dövründən qalan qanunlar dəyişilərək müstəqil Azərbaycanın öz qanunları ilə əvəz olunurdu. Belə qanunlardan biri 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən təsdiq edilmiş "Yerin təki haqqında" Azərbaycan Respublikasının Qanunu idi. Qanunun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti tərəfindən Nazirlər Kabinetinə 40-dan çox tapşırıq verilmişdi. Əksəriyyəti yerin təkindən istifadə üzrə müxtəlif məzmunlu qaydaların layihələrinin hazırlanması idi. İş çox məsuliyyətli, vaxt isə məhdud idi. Bütün bunlara baxmayaraq Əkrəm müəllim rəhbərlik etdiyi kollektiv tapşırıqların öhdəsindən ləyaqətlə gələ bildi. Həmin günlərdə  mən Ə.Şəkinskinin rəhbərliyin tapşırığına dərəcədə məsuliyyətlə yanaşmasının dəfələrlə şahidi oldum.

Özü işgüzar olduğu qədər ətrafındakılara qarşı tələbkar idi. İşçilərlə səmimi rəftar edirdi, onların fikirlərinə hörmətlə yanaşırdı.

Sədr kimi elmi-texniki şurada da geoloji layihələrin hesabatların müzakirəsində çox aktiv iştirak edir, görülmüş işlər, yataqların perspektivliyi ilə yaxından maraqlanır, suallar verirdi. Adətən, işinin çoxluğuna görə müzakirələrdə onun iştirakı əvvəlcədən bilinməzdi, əhəmiyyətli, maraqlı layihə hesabatların müzakirəsi zamanı gözlənilmədən zala daxil olar iclasa sədrlik edərdi. Onun iştirak etdiyi müzakirələr daha qızğın maraqlı keçirdi. O da maraqlı faktdır ki, o dövrdə Geologiya İdarəsində çalışan geoloqların, geofiziklərin, kimyaçıların, dağ-buruq mühəndislərinin s. mütəxəssislərin intellektual elmi səviyyələri yüksək idi. İstehsalatda işləmələrinə baxmayaraq onların arasında 40-a yaxın elmlər namizədi 4-5 nəfər elmlər doktoru vardı.

Əkrəm müəllimin rəhbərlik etdiyi kollektivdə bu qədər elmi ad almış mütəxəssis olmasına baxmayaraq özünün elmi dərəcəsi yox idi. Halbuki neçə-neçə sanballı elmi məqalələri respublikamızın o dövrkü SSRİ-nin mərkəzi geoloji jurnallarında çap olunmuşdu. Onun üçün dissertasiya müdafiə edib elmlər namizədi, hətta elmlər doktoru elmi dərəcəsi almaq, o qədər çətin deyildi. Buna onun kifayət qədər bacarığı imkanı vardı. Tutduğu vəzifənin məsuliyyətini elmi dərəcə almaqda yox, Vətənə, xalqa xidmətdə görürdü.

Əkrəm müəllim nadir mineral, süxur, filiz qədim fauna nümunələri ilə zəngin olan Geologiya muzeyinin formalaşmasında rəsmi status almasında da   xidmət göstərmişdir. O, respublikanın ictimai-siyasi həyatında fəal iştirak etmiş, Milli Geofizika Cəmiyyətini yaratmış, ömrünün sonuna qədər ona rəhbərlik etmiş, X XI çağırış Azərbaycan Ali Sovetinin deputatı olmuşdur.

Ə.Şəkinskinin çoxşaxəli məhsuldar əməyi layiqincə qiymətləndirilmişdir: "Qırmızı Əmək Bayrağı" "Şərəf nişanı" ordenləri, medallarla, respublika Ali Sovetinin Fəxri Fərmanı ilə təltif edilmiş, "Azərbaycan SSR əməkdar geoloqu" "SSRİ yer təkinin fəxri kəşfiyyatçısı" fəxri adlarını almışdır. İki dəfə (Kürsəngi neft-gaz Binə-Hövsan Neftçala yodlu-bromlu su yataqlarına görə) "Yatağın ilk açanı" diplomuna fəxri nişanına layiq görülmüşdür.

O, kəşf olunmuş yataqların istismara verilməsini ölkəmizin, xalqımızın bu yataqlardan bəhrələnməsini çox istəyirdi. Ən böyük arzularından biri Oğuz-Qəbələ bölgəsində aşkar edilmiş külli miqdarda ehtiyatları olan, ekoloji cəhətdən təmiz içməli suyun Bakı şəhərinə, Abşeron yarımadasına gətirilməsi idi. Təəssüf ki, o, bu günləri görmədi. Qəfil əcəl onu 1998-ci ilin iyun ayının 25-də qardaş Türkiyənin İstanbul şəhərində xidməti ezamiyyətdə olarkən yaxaladı. Əkrəm müəllim Bakıda, Fəxri xiyabanda dəfn edildi. Özü dünyasını dəyişsə , arzuları, istəkləri ölmədi, onların bəziləri yerinə yetdi, digərləri zamanı keçdikcə gerçəkləşəcək. Oğuz-Qəbələ su kəmərinin tikintisi 2011-ci ildə başa çatdırıldı, 2009-cu ildən Gədəbəy mis yatağında Anglo Asian Mining   şirkəti tərəfindən qızılın çıxarılması işlərinə başlanıldı; 2012-ci ildə Daşkəsən rayonundakı Çovdar qızıl yatağının istismarı xarici ölkələrin birgə təsis etdikləri AİMROC əməliyyat şirkəti tərəfindən planlaşdırılır; Neftçalada yodlu-bromlu su yatağı xarici investisiya əsasında yaradılmış "Azəryod" şirkəti tərəfindən istismar edilir s.

İllər keçəcək, hələ neçə-neçə faydalı qazıntı yataqlarımız istismara verilərək xalqımızın maddi rifah halının yüksəlməsinə xidmət edəcək. Əkrəm müəllimin ruhu da bundan şad olacaq, o, həmişə yad ediləcək, yaxşı insan, bacarıqlı rəhbər kimi xatirələrdə yaşayacaq.

 

 

Rəşid FƏTƏLİYEV,

Azərbaycan Respublikası

Nazirlər Kabinetinin neft

kimya şöbəsi müdirinin müavini,

geologiya-mineralogiya elmləri

namizədi

 

Azərbaycan.- 2012.- 24 iyun.- S. 6.