Misir Ərəb Respublikasının Prezidenti zati-aliləri cənab Məhəmməd Mursiyə

 

Hörmətli cənab Prezident!

 

Misir Ərəb Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.

Əminəm ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Misir xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

 

 

Hörmətlə,

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı, 25 iyun 2012-ci il

 

Azərbaycan.- 2012.- 26 iyun. - S. 3.