Avropa Şurası Parlament Assambleyasının yay sessiyası öz işinə başlamışdır

 

 AzərTAc xəbər verir ki, Avropa Şurası Parlament Asasambleyası (AŞ PA) ənənəvi olaraq qurumun sədri fransalı deputat Jan-Klod Minyonun hesabatı ilə başlamışdır. Sədr yaz sessiyasından keçən dövrdə görülən işlərdən danışmış, sessiyanın prosedur qaydaları barədə məlumat vermişdir.

Albaniyanın Baş naziri Sali  Berişa çıxışında ölkəsində gedən  proseslərdən, demokratik təsisatların fəaliyyətindən, Avropa Şurası ilə əməkdaşlıqdan, Avropa dəyərlərinə inteqrasiyadan, qonşu dovlətlərlə dostluq münasibətlərindən danışmışdır.

Sessiyada BosniyaHerseqovinyadan, Xorvatiyadan, Çex Respublikasından, İsveçdən, Niderlanddan, Polşadan, Rusiya Federasiyasından və Böyük Britaniyadan İnsan Haqları üzrə Avropa məhkəməsinə hakimlərin seçkilərinin keçirilməsi, "Maliyyə böhranının siyasi, iqtisadisosial nəticələri", "Sosial hüquqdemokratiya üçün təhlükə", "Avropada regionlaryerli kollektivlər iqtisadi böhran məngənəsində", "Avropada müsəlman qadınlar" və s. mövzular, Gürcüstan ilə Rusiya arasında münasibətlər, "Avropada demokratik vəziyyət", "Bugünkü Avropada demokratik böhran və dövlətin rolu", "Avropada populist ekstremizmonun demokratiya üçün təhlükəsi", " Monteneqronun Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsinin vəziyyəti", "Seçki kampaniyaları zamanı qaçqınların və immiqrantların ələ alınması", "Tunisdə siyasi keçid", "Avropada qaraçıların vəziyyəti"  və digər  məsələlər müzakirə olunacaqdır.

Sessiyanın ilk gününün birinci yarısı başa çatmışdır.

 

 

Azərbaycan.- 2012.- 26 iyun.- S. 3.