Görkəmli neftçi-alim Sabit Orucovun 100 illik yubileyi qeyd olunur

 

Prezident İlham Əliyevin 20 sentyabr 2011-ci il tarixli sərəncamına uyğun olaraq, neft-qaz sənayesi sahəsində tanınmış alim, dövlət xadimi, sabiq SSRİ qaz sənayesi naziri, Sosialist Əməyi Qəhrəmanı, Lenin Dövlət mükafatları laureatı, AMEA-nın müxbir üzvü, texnika elmləri doktoru, professor Sabit Atababa oğlu Orucovun 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilir.

"Gülüstan" sarayında Sənaye Energetika Nazirliyi, Təhsil Nazirliyi, AMEA-nın ARDNŞ-nin təşkilatçılığı ilə görkəmli neftçi-alim Sabit Orucovun təntənəli yubiley mərasimi keçirilmişdir. Baş nazirin birinci müavini Yaqub Eyyubovun iştirak etdiyi tədbiri giriş sözü ilə açan sənaye energetika naziri Natiq Əliyev bildirmişdir ki, Azərbaycanın neft-qaz sənayesinin ən parlaq simalarından biri olan Sabit Orucovun ömür yolu bu sahənin ötən əsrdəki inkişaf salnaməsini özündə bütövlüklə əks etdirir. Sabit Orucovun anadan olmasının 100 illiyinin dövlət səviyyəsində keçirilməsini neft sənayesinin inkişafına göstərilən böyük diqqət qayğının təzahürü kimi qiymətləndirən Natiq Əliyev tədbir iştirakçıları adından ölkə Prezidenti İlham Əliyevə dərin minnətdarlığını bildirmişdir.

Sonra ARDNŞ-nin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə S.Orucovun həyat fəaliyyətinə həsr olunmuş geniş məruzə ilə çıxış etmişdir. O, görkəmli neft təşkilatçısının çoxsahəli gərgin fəaliyyətinin Vətəninə, peşəsinə şərəf ləyaqətlə xidmət göstərməyin əyani təcəssümü olduğunu vurğulamışdır. Bildirmişdir ki, neft-qaz sənayesinin dünya şöhrətli korifeyləri sırasında S.Orucovun müstəsna yeri var. O, bacarıqlı dövlət xadimi olmaqla yanaşı, Azərbaycanın neft-qaz sənayesinin inkişafı naminə yorulmaq bilmədən fədakarlıqla çalışmış, karbohidrogen yataqlarının kəşfiyyatı işlənməsi sahəsində görkəmli alim kimi həmişəlik yaddaşlarda qalmışdır. Bir fakt xüsusilə vurğulanmışdır ki, Sabit Orucovun böyük təşkilatçılıq qabiliyyəti SSRİ-nin qaz sənayesi naziri olduğu dövrlərdə (1973-1982-ci illər) daha da parlamış, məhz onun misilsiz xidmətləri sayəsində keçmiş ittifaqın neft-qaz rayonlarında bir çox yataqlar kəşf olunmuş işlənmişdir.

Daha sonra çıxış edən təhsil nazirinin müavini Qulu Novruzov, AMEA-nın Geologiya İnstitutunun şöbə müdiri Adil Əliyev, ADNA-nın prorektoru Sakit Rəsulov, neft emalı sənayesinin veteranı Kamil Həkimov başqaları dünya şöhrətli neftçi haqqında xatirələrini mərasim iştirakçıları ilə bölüşmüşlər. Sabit Orucovun ailəsi adından çıxış edən qardaşı oğlu Faiq Orucov yubileyin dövlət səviyyəsində qeyd olunduğuna görə Prezident İlham Əliyevə dərin təşəkkürünü bildirmişdir.

Mərasimin sonunda Sabit Orucovun fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilmişdir.

 

 

Azərbaycan.- 2012.- 2 iyun.- S. 6.