AŞ PA-nın sədri mətbuat konfransı keçirmişdir

 

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri Jan-Klod Minyon yay sessiyası başlamazdan əvvəl ənənəvi mətbuat konfransı keçirmişdir.

Jurnalistlərin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaradılmış alt komitənin fəaliyyətinin davam etdirilməsinə dair sualı cavablandıran AŞ PA-nın sədri bildirmişdir  ki, o, sessiya çərçivəsində Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin rəhbərləri ilə görüşəcək və alt komitənin gələcək fəaliyyətini müzakirə edəcəkdir. Bu görüşdə məsələyə dair veriləcək qərar AŞ PA-nın Büro iclasına təqdim olunacaqdır. Əgər Büro Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ  münaqişəsi üzrə alt komitənin fəaliyyətini davam etdirməsini lazım bilsə, sədr kimi   buna tamamilə hörmətlə yanaşacağam və onun fəaliyyətinin davam etdirilməsinə qərar verəcəyəm.

 

 

Əsgər ƏLİYEV

 

Azərbaycan.- 2012.- 26 iyun.- S. 3.