ORDUM MƏNİM,
YURDUM MƏNİM
İnsanlar ilk dəfə silahı ov etmək, qida tapmaq üçün yaradıblar. Sonra bu silahdan vəhşi heyvanlardan qorunmaqdan ötrü istifadə ediblər. Özlərinə yaşayış məskəni salan, ərzaq ehtiyatı yaradan, geyim və zinət əşyaları düzəldən, daha əlverişli və qida əldə edilməsi nisbətən asan olan yerlərdə yaşayan əcdadlarımız olanları saxlamaq, özünü və ailəsini, obasını xain qəsdlərdən qorumaq üçün silaha əl atmalı olublar. Müdafiə və qorumaq funksiyası şərəf işi, cəsurluq sayılıb. Təbii ki, silahla daha yaxşı davrananlar, döyüşlərdə fərqlənənlər daha çox hörmət qazanaraq nüfuz sahibinə çevriliblər, bəzən hətta qəbilə başçısı səviyyəsinədək yüksəliblər.
Zaman keçdikcə döyüşçüyə (əsgərə), orduya münasibət də dəyişib. İşğalçı ordular yaranıb, insanları daha çox və daha uzaq məsafədən öldürən silahlar icad olunub. Müharibələr daim bəşəriyyətə ölüm, dağıntı və fəlakətlər gətirib, milyardlarla günahsız, nakam ömürləri yarıda qırıb. Təəssüf ki, elmin nailiyyətləri, zəka sahibləri bir çox hallarda hərbə işləyib, yeni təyinatlı silahlar kəşf edilib, insanların öldürülməsi texnologiyaları daim təkmilləşdirilib.
Bütün bunlara baxmayaraq ordu əsas funksiyasını - vətəni qorumaq və müdafiə etmək vəzifəsini daim qoruyub saxlayıb!
Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi qazanması ərəfəsində də ölkəmizə uzanan murdar əllər, məkrli niyyətlər vətənin müdafiəsinə zəruri ehtiyac duyulduğunu ortaya qoydu. Lakin ordu hardaydı? Qırmızı imperiyanın mövcudluğu dövründə SSRİ "böyük vətənimiz", sovet ordusu isə "beynəlmiləlçi, humanist və xilaskar" ordu kimi beynimizə yeridilmişdi. Elə ki, imperiyanın çöküşü başladı, "böyük vətən"in "doğma" övladlarına ögey münasibəti meydana çıxdı, "humanist və xilaskar ordu" isə 1990-cı ilin 20 Yanvarında xalqımızı gülləbaran edərək zirehli texnikanın altında qoydu. Beləliklə, iç üzünü açıb göstərdi, "xalqlar dostluğu və proletar beynəlmiləlçiliyi" prinsipinin isə çürük əsaslara söykəndiyini sərgilədi. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizə qarşı işğalçılıq planlarının icrasına başlayan Ermənistanda ordu yaradıldığı bir vaxtda Azərbaycanın maymaq və qətiyyətsiz rəhbərləri əhalidəki ov tüfənglərini belə yığdıraraq insanları yağı düşmən qarşısında əliyalın qoydular.
Ordun varsa, yurdun var - deyiblər.
Bir də
"öz ordusunu yedirtməyən xalq, başqa ölkələrin
ordusunu yedizdirər"
- söyləyiblər.
Bu müdrik deyimlərdə böyük həqiqətlər
var. Məhz ordunun və ona rəhbərlik
edəcək sərkərdənin
yoxluğu, torpaqların
müdafiəsinin vaxtında
təşkil olunmaması
ölkə ərazisinin
20 faizinin işğalı,
bir milyondan çox qaçqın və məcburi köçkünün yaranması
ilə nəticələndi.
Beləliklə, xalq nə qədər qəhrəmanlıq göstərsə
də, 20 mindən çox oğul və qızlarını şəhid versə də, yurdunu itirdi, ən çətin və ağır qaçqın
ömrü yaşamaq
məcburiyyətində qaldı!
Azərbaycanın həmişə hərb
elminə dərindən
bələd general övladları
olub!
Azərbaycanlı gənc döyüşməyi,
qəhrəmanlıq göstərməyi
bacarıb!
Azərbaycan xalqı orduya məhəbbətlə yanaşıb!
Bütün bunlara baxmayaraq həm çar Rusiyası, həm də sovet hakimiyyəti
dövründə bizi
ordudan uzaqda saxlamağa, hərb elmini öyrənməyə
qoymamağa çalışıblar. Gah orduya
çağırmayıblar, gah da xidməti
müddəti tikinti ilə məşğul olan hissələrdə, qeyri-hərbi sahələrdə
keçməyə vadar
ediblər. Yalnız
xalqımızın böyük
oğlu Heydər Əliyev hərb elminin əhəmiyyətini,
bu sahədə kifayət qədər kadr hazırlanmasının
vacibliyini düzgün
qiymətləndirərək öz dəyərli töhfələrini də
verdi. Əvvəlcə,
C.Naxçıvanlı adına
hərbi liseyin yaradılmasına, Azərbaycandakı
və keçmiş
SSRİ-nin digər şəhərlərindəki hərbi
məktəblərdə azərbaycanlı
gənclərin təhsil
almasına nail oldu, ikinci dəfə ölkə rəhbərliyinə
qayıtdıqdan sonra
isə Milli Ordu quruculuğu prosesinə başlayaraq onu qısa müddətdə
və uğurla başa çatdırdı!
Bu gün Azərbaycan Cənubi Qafqazda ən güclü və modern orduya malikdir!
Azərbaycan ordusunun yüksək
peşəkar, hərb
elminin incəliklərinə
yiyələnmiş cəsur,
vətənpərvər zabit
korpusu formalaşmışdır!
Hərbi
hissələr ən müasir, yeni texnologiyaya əsaslanan, hər şəraitdə yüksək nəticələrə
imkan verən silah-sursat, zirehli texnika, uçuş aparatları və raketlərlə təmin edilmişdir.
Azərbaycan əsgəri hər an Ali Baş Komandanın əmrlərini
dəqiqliklə icra edən, cəsarət və qəhrəmanlığı
ilə nümunə göstərən döyüşçüyə
çevrilmişdir.
Dövlət başçısı Ali Baş
Komandan cənab İlham Əliyev orduya xüsusi qayğı göstərir,
onun təchizat və təminatını
daim diqqət mərkəzində saxlayır. Mütəmadi hərbi hissələrə
gedir, cəbhə bölgəsində, düşmənlə
üzbəüz səngərlərdə
olur, əsgər yeməkxanalarında əsgərlərlə
bir süfrə arxasında əyləşir,
fərqlənənləri elə
səngərdəcə mükafatlarla
təltif edir. Neçə il
öncə Prezidentimiz
Azərbaycan ordusuna Ermənistanın dövlət
büdcəsi həcmində
vəsait ayrılacağını
söyləmişdi. Dövlət
başçısı bu
vədinə də şərəflə əməl
edib! Bu gün
Azərbaycan dövləti
orduya Ermənistanın
dövlət büdcəsindən
50 faiz çox vəsait ayırır.
Müdafiə sənayemiz 600 addan
çox silah-sursat istehsal edir. Hər il
ordumuza yeni təyyarə və vertolyotlar, raketlər, müasir silah növləri alınır,
mövcud texnika modenrləşdirilərək yeniləndirilir.
Azərbaycan xalqı öz ordusunu yedirdir, geyindirir, silahlandırır,
sevərək böyük
ümidlər bəsləyir!
Azərbaycan müstəqil siyasət
yürüdür, bütün
məsələlərdə dövləti və milli maraqları əsas tutur!
Azərbaycan ərazisində heç
bir dövlətin hərbi bazası yoxdur, əcnəbi əsgərlər saxlanılmır
və yedizdirilmir!
Müstəqilliyin 20 ili ərzində Azərbaycan
çox böyük uğurlara imza atıb, dünya birliyinin sayılıb-seçilən
üzvlərindən birinə
çevrilib. BMT Təhlükəsizlik
Şurasının qeyri-daimi
üzvü seçilib,
iqtisadi sahədə keçid dövrünü
başa vurub, investisiya qoyulan ölkədən investisiya
yatıran dövlətə
çevrilib, beynəlxalq
tədbirlərə ev
sahibliyi edən qonaqpərvər və
tolerant ölkə kimi
tanınıb. Ötən
dövrdə həll edə bilmədiyimiz bircə problem qalıb: Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ problemi! Hələ ki, səmərəsiz sülh
danışıqları davam
edir!
Növbə orduya çatsa,
Azərbaycan öz sözünü deyəcək!
Bunu Mübariz İbrahimov kimi qəhrəman balalarımız canları
və qanları ilə sübut edirlər!
Azərbaycan ordusunun qüdrətini,
Azərbaycan əsgərinin
gücünü və
imkanlarını düşmənlərimiz,
onların havadarları
da yaxşı bilirlər!
Biz hərb istəmirik, amma torpaqların işğalda qalmasına da yol verməyəcəyik!
Bu gün əsgər olmaq qürurludur!
Əsgər valideyni sayılmaq
fəxarətdir!
Müstəqil dövlətin ordusunda
xidmət etmək şərəfdir!
Ordun varsa, yurdun var!
Artıq
güclü, modern ordumuz,
qətiyyətli Ali Baş
Komandanımız var!
Yurda dönəcəyimiz gün
də uzaqda deyil!
Azərbaycan.- 2012.- 26 iyun.- S. 4.