Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 137 Bakı şəhəri, 25 iyun 2012-ci il
"Dövlət
tərəfindən mühafizə edilməli olan
mədəniyyət və arxeologiya abidələri
siyahılarının təsdiq edilməsi haqqında" Azərbaycan
SSR Nazirlər Sovetinin 1968-ci il 2 aprel tarixli
140 nömrəli qərarında
dəyişikliklər edilməsi barədə
"Tovuz
rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2012-ci il 7 mart tarixli 310-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 2128
nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan SSR Nazirlər Sovetinin
1968-ci il 2 aprel tarixli 140 nömrəli
qərarı ilə təsdiq
edilmiş 1 nömrəli əlavə - "Azərbaycan
SSR-nin dövlət mühafizəsində olan memarlıq abidələrinin
siyahısı"nın "Tovuz rayonu" bölməsinin
446-cı bəndində "Girzan" sözü
"Hunanlar" sözü ilə, 2 nömrəli əlavə
- "Azərbaycan SSR-nin
dövlət mühafizəsində olan arxeoloji abidələrinin
siyahısı"nın "Tovuz rayonu" bölməsinin
244-cü bəndində "Azaplı" sözü
"Azaflı" sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.- 2012.- 26 iyun.- S. 4.