Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 138
Bakı şəhəri, 25 iyun 2012-ci il
"Azərbaycan
Respublikası ərazisində dövlət mühafizəsinə
götürülmüş
daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcələrinə
görə bölgüsünün təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarında dəyişikliklər
edilməsi barədə
"Tovuz
rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2012-ci il 7 mart tarixli 310-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 2128
nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
"Azərbaycan
Respublikası ərazisində dövlət mühafizəsinə
götürülmüş daşınmaz tarix və mədəniyyət
abidələrinin əhəmiyyət dərəcələrinə
görə bölgüsünün təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin
2001-ci il 2 avqust tarixli 132 nömrəli qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 8, maddə 555;
2005, ¹ 11, maddə 1065; 2006, ¹ 12, maddə 1161; 2007, ¹ 7, maddələr 737, 738; 2008, ¹ 1,
maddə 36, ¹ 2, maddə 104, ¹ 6, maddələr 582, 584, 586, ¹ 7,
maddələr 680, 681, 682; 2009, ¹ 7, maddə 609, ¹ 10, maddə
848; 2010, ¹ 6, maddə 566, ¹ 7, maddə 704, ¹ 8, maddə 760; 2012,
¹ 3, maddə 264) ilə təsdiq edilmiş 3 nömrəli əlavə
- "Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət
abidələrinin Siyahısı"nın "Memarlıq
abidələri" bölməsinin "Tovuz rayonu" hissəsinin
"Yerləşdiyi ünvan" sütununun 5184-cü,
5185-ci, 5186-cı, 5187-ci və 5188-ci bəndlərində
"Qazqulu" sözü "Qazıqulu" sözü ilə,
5208-ci bəndində "Aşağı Ayıblı"
sözləri "Əyyublu" sözü ilə,
"Arxeoloji abidələr" bölməsinin "Tovuz
rayonu" hissəsinin "Yerləşdiyi ünvan"
sütununun 6054-cü bəndində "Azaplı"
sözü "Azaflı" sözü ilə əvəz
edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.- 2012.- 26 iyun.- S. 4.