Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərar
¹ 140
Bakı şəhəri, 25 iyun 2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182
nömrəli qərarı ilə təsdiq edilmiş
"Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
strukturuna daxil olmayan tabeliyindəki qurumların
siyahısı"nda dəyişikliklər edilməsi barədə
"Tovuz
rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər
edilməsi haqqında" Azərbaycan Respublikasının
2012-ci il 7 mart tarixli 310-IVQ nömrəli Qanununun tətbiqi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 9 aprel tarixli 2128
nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 3 noyabr tarixli 182 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, ¹ 11, maddə 1064) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı"nın "I.Büdcədən maliyyələşən müəssisələr" bölməsinin "Tovuz rayonu üzrə" hissəsinin 68.4-cü bəndində "Aşağı Ayıblı" sözləri "Əyyublu" sözü ilə, 68.5-ci bəndində "Qovlar qəsəbə sahə xəstəxana" sözləri "Qovlar şəhər xəstəxana" sözləri ilə, 68.10-cu bəndin altıncı abzasında "Azaplı" sözü "Azaflı" sözü ilə, on altıncı abzasında isə "Girzan" sözü "Hunanlar" sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan
Respublikasının
Baş naziri
Azərbaycan.- 2012.- 26 iyun.- S. 4.