Azərbaycan
Respublikasının Nazirlər
Kabineti qərar
¹ 141 Bakı şəhəri, 25 iyun
2012-ci il
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 31
mart tarixli 59 nömrəli
qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının
yerli əhəmiyyətli
avtomobil yollarının
siyahısı”nda dəyişikliklər
edilməsi barədə
"Tovuz rayonunun inzibati ərazi bölgüsündə qismən
dəyişikliklər edilməsi
haqqında" Azərbaycan
Respublikasının 2012-ci il
7 mart tarixli 310-IVQ nömrəli
Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin
2012-ci il 9 aprel tarixli 2128 nömrəli Sərəncamının 1.2-ci bəndinin
icrasını təmin
etmək məqsədi
ilə Azərbaycan Respublikasının Nazirlər
Kabineti QƏRARA ALIR:
Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2005-ci il 31
mart tarixli 59 nömrəli
qərarı (Azərbaycan
Respublikasının Qanunvericilik
Toplusu, 2005, ¹ 3, maddə
264; 2008, ¹ 6, maddələr 582, 584, ¹ 9, maddə 852; 2009, ¹ 5, maddə
388, ¹ 6, maddələr 495, 496, ¹ 7, maddə 609, ¹ 8, maddə
683; 2010, ¹ 6, maddə 566; 2012, ¹3, maddə 266, ¹ 4, maddə
395) ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının yerli
əhəmiyyətli avtomobil
yollarının siyahısı"nın
"Tovuz rayonu" bölməsinin "Yolun adı" sütununun
1-ci və 6-cı hissələrində
"Aşağı Ayıblı"
sözləri "Əyyublu"
sözü ilə əvəz edilsin.
Artur RASİ-ZADƏ,
Azərbaycan Respublikasının
Baş naziri
Azərbaycan.- 2012.- 26 iyun.- S. 4.