Roman Lob: Azərbaycan
xalqı çox qonaqpərvərdir
Azərbaycanda hər kəs mənimlə görüşməyə çalışır, mehribanlıq göstərir. Siz çox qonaqpərvər xalqsınız. Bu sözləri AzərTAc-a məxsusi müsahibəsində Almaniyanın "Eurovision-2012" mahnı müsabiqəsindəki təmsilçisi Roman Lob demişdir.
Paytaxtımızın təmizliyindən və
gözəlliyindən danışan
Roman Lob bildirmişdir: "Bu
gözəl diyarda olduğum
müddətdə Azərbaycan haqqında məndə çox böyük təəssürat
yarandı. Həm şəhəriniz, həm də buranın
sakinləri çox gözəldirlər.
Bakı təmiz və gözəl şəhərdir. Mən
Bakını çox sevdim.
"Eurovision-2012" mahnı müsabiqəsində qalib olmasam da,
buradan çox böyük təəssüratlarla
ayrılıram. Çünki indiyədək
heç bir yerdə
rastlaşmadığım insanlarla,
görmədiyim bir məkanla, Bakı kimi bir şəhərlə
tanış oldum. Bu,
"Eurovision-2012" mahnı müsabiqəsinin mənə
bağışladığı hədiyyədir. Buna görə hər kəsə təşəkkür
edirəm".
Azərbaycan.- 2012.- 2 iyun.- S. 6.