Fransada Azərbaycan
haqqında növbəti radioveriliş
yayımlanmışdır
İyunun 24-də Strasburqda fəaliyyət göstərən "Azərbaycan evi"nin təşkilatçılığı ilə Azərbaycan ilə bağlı növbəti radioveriliş yayımlanmışdır.
Proqramın "Beynəlxalq əlaqələr" rubrikasında ABŞ-ın dövlət katibi xanım Hillari Klintonun və ATƏT-in sədri, İrlandiyanın xarici işlər və ticarət naziri Eymon Gilmorun Azərbaycana səfəri çərçivəsində keçirdikləri görüşlər barədə fransız dinləyicilərinə ətraflı məlumat verilmişdir. Aparıcılar Azərbaycanın və Ermənistanın xarici işlər nazirlərinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birlikdə iyunun 18-də Parisdəki görüşə dair xəbəri də səsləndirmişlər.
Radio verilişində Azərbaycan iqtisadiyyatının sürətli inkişafına, Avropanın enerji təhlükəsizliyinin aradan qaldırılmasında ölkəmizin roluna, respublikamızda 2015-ci ildə 20 milyard kubmetr təbii qazın istehsal ediləcəyinə dair xəbərlər xüsusi yer almışdır.
Proqramda AzərTAc vasitəsilə yayımlanan Azərbaycan-İsrail Beynəlxalq "Azİz" Assosasiyasının ll qurultayı, iyunun 4-dən 8-dək UNESCO-nun qeyri-maddi mədəni irsinin mühafizəsinə dair Konvensiyanın üzvü olan ölkələrin Baş Məclisinin IV sessiyası və Fransada yaşayan balaca azərbaycanlı şahmatçı qızın böyük uğurları barədə xəbərlər səsləndirilmişdir.
Ənənəvi olaraq son vaxtlar Azərbaycanın həyatında baş verən mühüm yeniliklər və çap olunan qəzetlərin xülasəsi verilişdə əksini tapmışdır.
İki saatlıq veriliş boyu Azərbaycan milli musiqisi səsləndirilmişdir.
Əsgər ƏLİYEV
Azərbaycan.- 2012.- 26 iyun.- S. 5.